Icma.az
close
up
RU
“Bizim Xamnəi ailəsi ilə qohumluğumuz yoxdur”

“Bizim Xamnəi ailəsi ilə qohumluğumuz yoxdur”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

"Beynəlxalq hüquq artıq yoxdur. Sadəcə cəngəllik qanunları var və bu qanunlara görə də kim güclüdürsə, o da hamıdan üstündür. ABŞ cəngəllik qanunlarının yaradıcısıdırr. Buna görə də onlar Seyid Əli Hüseyni Xamnəini öldürülməsinə icazə verə bilərlər".

Bunu "Yeni Sabah"a politoloq Zərdüşt Əlizadə bildirib.

O, İsrail və ABŞ rəsmilərinin İranın Ali lideri Ayətullah Xamnəinin qətl edilməsi niyyətini şərh edib:

"Allah uzaq etsin, Xamnəi öldürsələr, nə baş verəcək? Orada bir bölük insan onun yerini tutmağa hazırdır. Xüsusi qurum var ki, toplaşıb yeni Ali dini rəhbəri seçə bilərlər. Xamenei olmasın, lap başqası olsun, dövlətdə heç bir ciddi dəyişiklik baş verməyəcək, dövlət sistem fəaliyyətinə davam edəcək. Həmçinin ordu.

Xamnəi dedi ki: “Qoca adamam, ömrüm İslam ümmətinə həsr olunub, əgər ölsəm, narahat olmayın, heç bir şey baş verməyəcək. Yerimə başqa bir müsəlman gələcək”.

Maddiyyatla yaşayan insan üçün həyatın mənası böyükdür. Lakin müsəlman üçün həyatın mənası fani dünyadan mani dünyaya keçməkdir. Mani dünyada insanın əməllərinin siyahısı gedir. Əgər xoş əməllərin sayı çoxdursa, bu insan sirat körpüsünü rahatlıqla keçir və əbədi səadətə qovuşur. Bu, müsəlmanın dünya haqqında təsəvvürüdür.

Qısaca, Amerikanın Xamnəinin ölümü ilə təhdid etdiyi zaman İran buna gülür, istehza və rişxəndlə yanaşır. İnsanların dünya haqqındakı təsəvvürünün bəsitliyinə gülür. Bununla da məsələ bitir".

Z. Əlizadə əlavə edib: "Gəlin keçmişə nəzər yetirək: 1960-70-ci illərdə bir tərəfdə çox zəif, geridə qalmış Vyetnam, digər tərəfdə isə dünyanın ən güclüsü — Birləşmiş Ştatları var idi. Nəticə necə oldu? Vyetnam Respublikası qalib gəldi. İndiki isə Amerika çalışır ki, Vyetnam ilə münasibətlərini olduqca xoş saxlasın.

İbtidai icma səviyyəsində yaşayan "Taliban" Amerika ilə müharibə aparıb qalib gəldi və Əfqanıstan ərazisini tutdu. Bundan sonra Amerika "Taliban"a 2 trilyon dollar verərək məğlub oldu. Yəni şərti hərbi qüvvələrin mənası həmin torpaqda yaşayan millətin bağlılığı və sədaqəti ilə müqayisədə heç nədir.

İsraili bu gün İran raketlə vurur, lakin İsrail vurulan yerlərin və itkilərin cavabını açıqlamaqdan yayınır. Nə üçün? Qorxur ki, həqiqət açılsa, İsrailin zəifliyi üzə çıxacaq. Əgər həqiqətən də güclüsünüzsə, nəticələri nə üçün gizlədirsiniz? Deməli, həqiqət onların hazırkı vəziyyətinə uyğun deyil. Buna görə də onlar bunu gizlədirlər. İsrail öz jurnalistlərinə çəkiliş etməyə qadağa qoyub ki, İranın İsrailə raketlə zərbələrinin nəticələrini dünyaya göstərməsinlər.

300-ə yaxın İsrail qırıcısı və bombardıman təyyarəsi İranı bombalayır və deyir ki, İranın havadan müdafiə qoşunları yoxdur. İranın hava ərazisi bizim əlimizdədir. 2 təyyarə gəmisi də İsrailə dəstək üçün gedir. 300 olmayıb, 500 qırıcı təyyarə olsa, İranın mövqeyi dəyişəcəkmi? İran xalqı diz çökəcəkmi? Təslim olacaqmı? Bunlar tamam başqa məsələlərdir. Amerika tarix boyu çox önəmli savaşlarda məğlub olub. Bu savaşda da məğlub olacaq. İran Amerikanın bazalarını vuracaq. O zaman isə bəlkə minlərlə, on minlərlə amerikalı həlak olacaq.

İranın edə biləcəyi bir çox şey var ki, Amerikaya dərindən təsir edə bilər. Hörmüz boğazında bir iri gəmini batıra bilər və Hörmüz boğazından gəmilərin keçməsini mümkünsüz hala gətirəcək. Bu halda nə baş verəcək? Dünya bazarında neftin həcmi azalacaq. Normal olaraq, neftin həcmi azalanda neftin qiyməti də artacaq. Əgər bir barrelin qiyməti 150 dollar idisə, bu ssenaridən sonra Amerikada yanacaq doldurma məntəqələrində neftin bir qalonu 8 dollar olacaq. Belə olduqda isə Amerika xalqı Trampı itin quyruğuna bağlayacaq. Bir qəpiklik hörməti olmayacaq Trampın.

Bütün bunlar İranın əlindədir və bunu başı işləyən bütün siyasətçilər anlayır. İndi belə bir şəraitdə kim deyə bilər ki, Amerika qalib, İran məğlubdur? Amerikanın 150 yaşı var, İranın isə 3000 il. Sən kimsən ki, İrana əmr edirsən ki, məğlubiyyəti qəbul et?!

İsrail tarixi və coğrafi baxımdan Yaxın Şərqdə məskunlaşma layihəsinin təcəssümüdür. İsrail əslində Qərbin alətidir. Necə ki, vaxtı ilə rus imperiyası İrəvan ərazisində bütün Şərqdən erməniləri yığdı və məskunlaşma layihəsi yaratdı. Vaxt gələcək, İsrail də məğlub olacaq, heç kəs narahat olmasın. 200 milyon ərəb var. Bu qədər ərəbi nə edəcəksiniz? Öldürəcəksiniz? Əzəcəksiniz? Qıracaqsınız? İranın siyasi sistemi möhkəmdirsə, onlar qalib gələcəklər. Əgər onlar Hörmüz boğazında bir gəmi batırsalar, bütün neft daşımaları dayanacaq".

Politoloq əslən Xamnədən olan mərhum atası Məmmədmübariz Əlizadənin İran lideri ilə həmyerli olduğunu da xatırladıb: "Atamın Xamnəi ailəsi ilə heç bir qohumluğu yoxdur. Adi bir kəndli və dəmirçi ailəsinin övladı olub. 14 yaşında evdən və 17 yaşında İrandan çıxıb. Bir çox önəmli vəzifələrdə işləyib. Daha sonra isə öz ailəsinin əhatəsində dünyasını dəyişib. 60 ildən sonra ilk dəfə İrana gedib, 1989-cu ildə onu orada təqdim ediblər ki, bu adam tarixçidir, Sovet İttifaqı qəhrəmanıdır və o, "Şahnamə"ni Azərbaycancaya tərcümə edib. Ayətullah deyib ki, o "Şahnamə"ni necə tərcümə edib?

Bu hadisədən sonra İran mətbuatı yazmağa başlayıb ki, Şurəvidən (SSRİ - red.) bir professor gəlib, belə bir hadisə baş verib. Bu hadisədən sonra o, bütün İranda tanınmağa başlayıb".

Rəvan Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri