Icma.az
close
up
RU
Blinken: Əsəd rejimi siyasi prosesləri rədd edərək öz məhvinə gətirib çıxardı

Blinken: Əsəd rejimi siyasi prosesləri rədd edərək öz məhvinə gətirib çıxardı

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Əsəd rejiminin 2011-ci ildən siyasi prosesləri rədd etməsi, İran və Rusiyanın dəstəyinə arxalanması bu günə - onun məhvinə gətirib çıxarıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Blinken Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.

Suriya xalqının 14 illik qarşıdurmadan sonra ümid etmək üçün əsaslarının olduğunu bildirən Blinken, ABŞ-ın suriyalıların həyata keçirdiyi əhatəli və dinc keçid prosesini dəstəklədiyini bildirib.

Blinken: "Əsəd rejiminin 2011-ci ildən bəri etibarlı siyasi prosesi rədd etməsi, eləcə də Rusiya və İranın qeyri-insani dəstəyinə arxalanması onun bu günkü siyasi məhvinə gətirib çıxardı", - deyə qeyd edib.

Suriya xalqının keçid dövründə dövlət qurumlarının qorunub saxlanmasını, əsas xidmətlərin qurulmasını və kövrək cəmiyyətlərin qorunmasını tələb etmək hüququna malik olduğunu bildirən Blinken, ABŞ-ın bölgədəki tərəfdaşları ilə əlaqə saxlayaraq hadisələri yaxından izləyəcəyini qeyd edib. Blinken Əsəd rejimi və tərəfdarlarının törətdikləri cinayətlərə görə cavab verməsi üçün beynəlxalq səyləri dəstəkləyəcəklərini bəyan edib.

Blinken müxalifət liderlərinin son günlər verdiyi açıqlamaları nəzərə aldıqlarını bildirib: “Biz daha çox məsuliyyət götürdükcə, bu insanların sözlərinə deyil, əməllərinə baxacağıq”, - deyib.

Blinken bütün tərəfləri insan hüquqlarına hörmət etməyə, mülki şəxslərin və beynəlxalq humanitar hüququn qorunmasına çağırışını təkrarlayıb.

Noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Qruplar 30 noyabr - 7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi ən böyük vilayətlərdə üstünlük təşkil ediblər.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.

Baas Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd paytaxtdan qaçıb.

Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri