Icma.az
close
up
RU
Blinken “Fələstin”in tanınması üçün şərtlər təklif etdi

Blinken “Fələstin”in tanınması üçün şərtlər təklif etdi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken bir sıra Qərb ölkələrinin “Fələstin dövləti”ni tanımaq planlarını tənqid edib.

Bizimyol.info xəbər verir ki, onun fikrincə, bu addımlar “ən yaxşı niyyətlə” atılır, lakin Qəzzada davam edən münaqişə kontekstində diqqəti daha aktual məsələlərdən yayındırır.

Blinken “The Wall Street Journal” üçün yazdığı məqalədə vurğulayıb ki, bugünkü prioritetlər “iki dövlət” modelini müzakirə etməkdənsə, humanitar fəlakətin qarşısını almaq, girovları azad etmək və hərbi əməliyyatlara son qoymaq olmalıdır.

“Fələstinin qeyd-şərtsiz tanınması onun faktiki yaradılmasına və Qəzzada iztirablara son qoymayacaq. Üstəlik, fələstinlilərin İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyindən imtina etməsi yalnız terror tərəfdarlarının və Fələstin dövlətçiliyi əleyhdarlarının mövqelərini gücləndirəcək”, - deyə o bildirib.

Siyasətçinin fikrincə, yeganə ağlabatan variant ABŞ və Fransa, Böyük Britaniya, Kanada və Avstraliya kimi əsas müttəfiqlərin dəstəklədiyi mərhələli, vaxta bağlı və dəqiq müəyyən edilmiş tanınma prosesi olardı.

“Başlanğıc və son nöqtə lazımdır, çünki heç kim sonsuz prosesə razı olmayacaq. Fələstinlilərin siyasi öz müqəddəratını təyin etmək üçün aydın və dərhal üfüqə ehtiyacı var”, - deyə o hesab edir.

Blinken “Fələstin”in dinc yanaşı yaşamaya hazır olduğunu sübut etməli olduğu üç illik plan təklif etdi: Həmas və ya digər terror qruplarının gücünü istisna etmək, militarizasiyadan əl çəkmək, İsraili tanımayan dövlətlərlə əməkdaşlığı dayandırmaq, nifrət təbliğatından əl çəkmək və lazımi islahatları həyata keçirmək.

“Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ var, lakin bu hüquq məsuliyyətlə gəlir. Heç kim İsraildən onun mövcudluğunu təhdid edən dövləti qəbul edəcəyini gözləməməlidir”, - deyə Dövlət Departamentinin keçmiş rəhbəri vurğulayıb.

O qeyd edib ki, bu şərtlərin uğurla yerinə yetirilməsi İsraili və beynəlxalq ictimaiyyəti "müstəqil Fələstinin İsraili məhv etməyə deyil, dövlət qurmağa yönəldəcəyinə" inandıracaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see255

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see196

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see191

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see165

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see162

Şimpanze tədqiqatçısı Ceyn Qudoll vəfat edib

02 Oktyabr 2025 13:02see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see144

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see140

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see132

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see131

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see127

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see126

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see125

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see125

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see124

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see123

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see122

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see121

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri