Icma.az
close
up
RU
Blinkenin təcili səfəri: ABŞ Ərdoğandan nə istəyir?

Blinkenin təcili səfəri: ABŞ Ərdoğandan nə istəyir?

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Dövlət katibi Entoni Blinkenin Ankara səfərində “səbirsizlik” ilk diqqətçəkən məqam oldu: dövlət katibinin səfəri 13 dekabrda planlaşdırılsa da (əvvəlcə Hakan Fidanla görüşəcək, daha sonra Ərdoğan tərəfindən qəbul ediləcəkdi), bir gün öncə - 12 dekabr axşam saatlarında gəldi və maraqlıdır ki, Ərdoğan tərəfindən birbaşa hava limanında qəbul edildi.

Bu “səbirsizliyin” səfər proqramından qaynaqlandığı ehtimalı zəifdir, xüsusilə Suriyada baş verənlər və Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlər fonunda. Suriyada mövcudluğunu davam etdirəcək ABŞ yeni dövrdə əvvəlki cəbhələri saxlamağa çalışır: İŞİD-ə qarşı mübarizə vitrini altında Türkiyə ilə eyni tərəfdən çıxış etmək və Ankaranı Moskva-Tehran xəttinə yaxın buraxmamaq.

Səfərdən öncə və sonra ABŞ tərəfinin verdiyi açıqlamaların da “İŞİD mövzusu” üzərində qurulması, PYD/YPG amilinin üzərindən keçilməsi diqqət çəkir. Hərçənd, PYD/YPG-yə münasibət Ankara-Vaşinqton xəttində ziddiyyətli məqam olaraq qalır, Blinkenin “tələsik” səfəri də bundan – daha dəqiq desək, Türkiyənin Suriyada atacağı addımlardan qaynaqlanır.

Əsədin devrilməsindən dərhal sonra Tel-Rıfat və Menbiç YPG-dən təmizləndi. Növbəti hədəfin Rakka ola biləcəyi gözləntiləri var. PYD/YPG məsələsində Türkiyə üçün problemli ola biləcək amil ABŞ/İsrail cəbhəsinin mövqeyi ilə yanaşı, HTŞ idi. Colani komandası “kürd kartı”na qarşı Ankara ilə anlaşmasa, bu təkcə PYD/YPG-nin əlinin güclənməsi ilə yox, həm də Suriyanın yenidən qurulması və qaçqınların qayıdışının təmin edilməsində proqnozlaşdırılmamış məqamlara yol açır. ABŞ üçün Suriyada addımlarını müəyyənləşdirmək məqamlardan biri də bu – HTŞ-nin mövqeyi – idi. Lakin MİT rəhbəri İbrahim Kalının ilk xarici nümayəndə olaraq Dəməşqə səfəri, orada qarşılanması Suriyanın yeni mərhələsində Türkiyənin güclü mövqeyinin mənzərəsini ortaya çıxardı.

Kalının Dəməşq səfəri və yeni rəhbərliklə müzakirəsində əsas mövzulardan birinin PYD/YPG-yə qarşı əməliyyatların olduğu istisna deyil. Ankaranın Suriyanın yeni rəhbərliyindən istəkləri var: PYD/YPG-yə qarşı eyni mövqedən çıxış etmək, ən azı neytral qalmaq və ərazi bütövlüyünün, unitar quruluşun qorunub saxlanılmasında israrlı olmaq.

Bu, Türkiyə üçün iki kontekstdə önəmlidir:

1. Suriyada mümkün “kürd kantonunun” yaradılması planının qarşısını almaq: Ərdoğan Blinkenlə görüşdə də “Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunması” vurğusu ilə bu mesajı verdi;

2. PYD/YPG-yə qarşı əməliyyatları həm də Dəməşqin – Suriyanın yeni rəhbərliyinin razılığı ilə davam etdirmək: bu, post-Əsəd dövründə hərbi müstəvidəki addımların beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq üçün lazımlıdır.

Vaşinqtonda narahatlıq var. Türkiyə Suriyada praktiki olaraq yeganə həlledici gücə çevrildi və bu, “kürd kartını” böyük ölçüdə neytrallaşdırmaq imkanı verir, xüsusilə hakimiyyətin təhvil-təslim edilməsinin ABŞ-ın xarici siyasətində yaratdığı boşluqlar fonunda. Bayden Administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün Ankaranın mövqeyinə təsir etməyə çalışır. Lakin Ərdoğan Blinkenin “İŞİD-ə qarşı mübarizə” təklifinə PKK/PYD/YPG-ni əlavə etməsi Türkiyənin geri addım atmayacağından xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri