“Bloomberg”: ABŞ Hörmüz boğazının blokadasını pozan gəmiləri ələ keçirə bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın İran limanlarının blokadası ilə bağlı planı məlum olub.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Sənədə görə, blokada başlayan ana qədər İran sularında olan gəmilərə ərazini tərk etmək tapşırılıb, əks halda, həmin gəmilər “dayandırılma, istiqamətinin dəyişdirilməsi və ələ keçirilmə” riskinə məruz qalacaq.
Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:Bloomberg: NATO Hörmüz boğazında gəmiləri qorumağa hazırlaşır
19 May 2026 21:40
ABŞ Hörmüz boğazının blokadasını pozmağın vacibliyini açıqlayıb...
05 Mart 2026 20:07
“Hörmüz boğazının açılmasını təxminən 600 gəmi gözləyir” Bloomberg
15 İyun 2026 11:19
Hörmüz boğazından keçid pullu ola bilər “Bloomberg”
26 İyun 2026 22:08
Hörmüz boğazının açılmasına baxmayaraq, ABŞ İranın dəniz blokadasını davam etdirəcək
17 Aprel 2026 18:02
Baxış sayı:168
Bu xəbər 13 Aprel 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















