“Bloomberg”: Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Almaniyanın hakimiyyət orqanları ölkənin yarımkeçirici sənayesinin inkişafına təxminən 2 milyard avro sərmayə yatırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Almaniya İqtisadiyyat Nazirliyi həmin vəsaiti müxtəlif sahələrə, o cümlədən yarımkeçirici plastinlərin istehsalı və çiplərin yığılması üzrə 10-15 layihəyə yatırmağı planlaşdırır. Bu istiqamətdə investisiyaların həcminin bir neçə milyard avroya çatacağı gözlənilir. Nazirlik, həmçinin çip istehsalçılarını subsidiyalar üçün müraciət etməyə çağırıb.
Hazırda Almaniyanın yarımkeçirici sənayesi ciddi böhranla üzləşib. Bir müddət əvvəl ABŞ-ın “Intel” korporasiyası Maqdeburq şəhərində təxminən 30 milyard avroluq zavodun tikinti layihəsini dayandırmaq qərarına gəlib. Eyni zamanda, “Wolfspeed” və “ZF Friedrichshafen” şirkətləri ölkənin qərbində çip istehsalı planlarından imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















