“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
“Avropa üçlüyü”nün (A3 - Böyük Britaniya, Almaniya və Fransa) liderləri gələn həftə Fransada baş tutacaq Yeddilik Qrupu (G7) sammitində ABŞ Prezidenti Donald Trampla bir sıra görüşlər keçirməyi planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, “üçlüyün” məqsədi Rusiya və Ukrayna arasında sülh danışıqlarının irəlilədilməsi planlarına Vaşinqtonun dəstəyini təmin etməkdir. Eyni zamanda, Berlin, London və Paris Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinin formalaşmasında Avropanın rolunu gücləndirmək istəyirlər. Onlar təklif edirlər ki, Rusiya mövcud cəbhə xəttini saxlamaq, eləcə də Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri şərti ilə dərhal atəşkəsə razılaşsın.
A3 ölkələri liderlərinin fikrincə, ABŞ-nin rəhbərlik etdiyi Ukrayna danışıqları Vaşinqtonun diqqəti Tehranla münaqişəyə yönəltməsi səbəbindən dalana dirənib. Aİ və Böyük Britaniya nizamlamada rollarını gücləndirmək məqsədilə Rusiyaya qarşı əlavə sanksiyalar üzərində işləyir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, avropalılar Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hələ hazır deyillər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















