Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Avropalı fermerlər quraqlıq və əkin sahələrinin yanması səbəbindən heyvan yeminin ciddi çatışmazlığı ilə üzləşiblər.
Sherg.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yaranmış vəziyyət fermerləri qış üçün nəzərdə tutulan yem ehtiyatlarından vaxtından əvvəl istifadə etməyə məcbur edir. Bu isə heyvandarlıq təsərrüfatlarında ənənəvi iş rejimini pozur. Adətən yay aylarında mal-qara otlaq sahələrində bəslənir, eyni zamanda qış üçün ot və silos tədarük edilir.
Yem qiymətlərinin artması fermerlərin vəziyyətini daha da ağırlaşdırır. Artan xərclər səbəbindən bəzi fermerlər heyvanlarının bir hissəsini kəsməyə məcbur qalırlar. Bu isə süd istehsalının azalmasına, nəticədə süd emalı müəssisələri və istehlakçıların da təsirlənməsinə səbəb olur.
“Bu, üçqat zərbədir. İnəkləri yemləmək mənə böyük məbləğə başa gəlir. İnəklər əvvəlki qədər məhsuldar deyil. Amma hazırda məni ən çox narahat edən məsələ qış üçün nəzərdə tutduğum yem ehtiyatlarını indidən sərf etməyimdir”, – “Bloomberg” fermerlərdən birinin, Drennan adlı şəxsin sözlərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Avropada kənd təsərrüfatı sektoru son dövrdə əlverişsiz hava şəraiti və artan xərclərin yaratdığı təzyiqlə üzləşir. Yem qıtlığının dərinləşməsi isə heyvandarlıq və süd istehsalında əlavə problemlər yarada bilər.
Avropada enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklər də artır. Əvvəllər Avropa İttifaqının yanacaq çatışmazlığı səbəbindən enerji böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıqlar səsləndirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Sentyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















