Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bloqerlər in saxta fotoları DTX yalanları ifşa edib

Bloqerlər in saxta fotoları DTX yalanları ifşa edib

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

BAKU.WS "İTV"yə istinadən xəbər verir ki, saxlanılan şəxsin telefonunda olan görüntülər 18+ saytlardan götürülüb.

Materialda deyilir:

"Kadrda olan isə bu tip saytlarda "Amber Lulu" ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alena Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloqer adlandıranlar əlbəttə ki, bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloqer adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audioyazının daha bir hissəsini təqdim edirik.

Zəki Səlimovun F.S.-ə göndərdiyi səs yazısının mətni:

"Başa düşürəm, başa düşmək lazımdır burda da. Yəni bunu da anlamaq lazımdır ki, düymə hardan basılıb. Yəni haracan icazə verirlər də. Bu məsələnin, məsələn üçün, Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilib. Başa düşürsən? Bizə də icazə verilib ki, yəni bunu biraz qabardaq, biraz şey eləyək və yayaq məsələn üçün buna can. Çünki bilirsən ki, yəni ki, burda kimsə nəyisə artıq dərəcədə qoysa ortalığa, o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən də və gözəl də bilirsən də, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haracan icazə verilir keçməyə məsələsi. Bu çox geniş, dərin bir söhbətdir, ona görə mən belə qısaca üzdən deyirəm, çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səninlə bu barədə söhbət eləyirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də. Ordan oyana keçsək, bu çox olduqca çətin bir vəziyyət yaradar. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir sualı durur ortalıqda. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklərmi dəyişsinlər? Ona görə mən həmişə söhbətlərimdə nə deyirəm, deyirəm böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdır. Əgər biz oyun qura bilsək bu böyük siyasətin içərisində, o başqa məsələ, onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşürsən, camaatın gözünün qabağına elə bir insan çıxardacaqlar ki, onun ətəyində namaz hamı qılmağa hazır olacaq."

İcazə verən kimdir? Hakimiyyət dəyişikliyinə qərarı kim verib? Öz təbirlərincə desək, "yuxarıda oturan" kimdir? Hansısa xaricdə oturan şəxs və qüvvə kimdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar versin? Həmin qüvvəni güclü və qalib Azərbaycanın hakimiyyəti niyə qane etmir? Bu artıq tamam başqa bir araşdırmanın mövzusudur.

Sual yarana bilər ki, biz niyə bu mövzuda məhz indi danışmaq qərarına gəldik? Niyə görə biz buna qədər olan bu cür şantaj hallarından danışmamışıq? Əvvəl bu cür videolar peyda olanda sosial şəbəkələrin gücü, müasir texnologiyaların inkişaf səviyyəsi indiki kimi deyildi. Həmin zaman belə mövzunun efirdə işıqlandırılması onun daha geniş yayılması demək idi. İndi isə sosial şəbəkələrin yayılma səviyyəsi, habelə bu cür videoların quraşdırılması texnologiyası güclü inkişaf edib və indi bu tip şantaj materialları artıq aktiv və geniş yayıla bilir. Məhz buna görə biz bu videonu təkzib edən material hazırladıq. Hesab edirik ki, cəmiyyətdə tutduğu mövqedən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq heç kimə qarşı belə addımlar atılmamalıdır.

Xüsusilə də qadına qarşı şantaj yolverilməzdir. Qadın Azərbaycan cəmiyyətində daim müqəddəsdir. Qızımızdır, anamızdır, bacımızdır. Bu əsrlər boyu bizim milli dəyərimiz olub. Qadına ləkə atılanda bu palçıq bütün cəmiyyətin üzərinə atılır. Bu gün bir qadının ünvanına atılan iftira və böhtana göz yumacağıqsa, sabah bunun bütün cəmiyyətə yayılacağı ehtimalı var. Bunun qarşısını bu gün hamımız, bütün cəmiyyət olaraq almalıyıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Mart 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri