Icma.az
close
up
RU
Bloqerlərin qızıl dövrü başa çatır Yeni reklam qanunu nə vəd edir?

Bloqerlərin qızıl dövrü başa çatır Yeni reklam qanunu nə vəd edir?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerlər və influenserlər üçün "qızıl dövr" başa çatır.

Milli.Az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklam qanunvericiliyinə edilmiş yeni dəyişiklikləri şərh edərək bildirib:

"Yeni qanun artıq qüvvəyə minib. Sosial şəbəkədə reklam paylaşan hər bir bloqer reklam və sponsorluq olduğunu açıq şəkildə qeyd etməlidir. Bununla yanaşı, onlar VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi təqdim etməməli, sifarişçi haqda məlumat verməli və lisenziyalaşdırılan məhsullar üçün müvafiq sənədləri paylaşmalıdırlar".

Osman Gündüz sosial media reklam bazarının həcmi ilə bağlı da rəqəmlər açıqlayıb:

"Hazırda bu sahənin illik dövriyyəsi təxminən 10 milyon manatdır. Bu bazarda əsas pay "Meta" (Instagram, Facebook) və "Google" (YouTube) platformalarına məxsusdur. "TikTok" da sürətlə irəliləyir. Az sayda bloqer var ki, aylıq dövriyyəsi 50 min manatı keçir. Amma əksəriyyət üçün bu fəaliyyət ciddi qazanc mənbəyi deyil".

Əlavə edib ki, əvvəllər bu reklam pulları daha çox televiziyalara axırdı, indi isə rəqəmsal bazar bu vəsaitin əsas ünvanına çevrilib.

Osman Gündüz bildirir ki, bu dəyişikliklər:

Reklam bazarında peşəkarlığı artıracaq,

Vergi ödəməyən fəaliyyəti nəzarətə alacaq,

İstehlakçıların aldadılmasının qarşısını alacaq,

Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaradacaq.

Amma bununla yanaşı, risklərə də diqqət çəkib:

"Qanunun icrasında həddindən artıq sərtlik, gənc və yeni bloqerlər üçün çətinliklər yarada bilər. Sosial media fərqli fikirlərin və yaradıcı azadlığın olduğu məkandır. Əgər platformada yalnız standart, kommersiya yönümlü kontent qalarsa, maraq azalacaq və sektor zəifləyə bilər".

Osman Gündüz bu sahədə maarifləndirmə və ictimai nəzarətin balanslı həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Əgər tətbiq şəffaf və ədalətli olmazsa, yaradıcı gənclər bu sahədən uzaqlaşa bilər, xarici reklamlar üstünlük qazana bilər və sektorun inkişafı geriləyə bilər".

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see175

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see175

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see138

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see138

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see135

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see127

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see127

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see126

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see124

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see124

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see123

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see122

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see122

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see120

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see120

Manqo şəkər xəstələri üçün zərərli deyilmiş Yeni araşdırma ümid verir

23 Avqust 2025 05:06see118

Neftimiz bahalaşmaqda davam edir

23 Avqust 2025 09:51see117

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see114

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see113

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri