Icma.az
close
up
RU
BMT araşdırması: Süni intellektin ekoloji yükü sürətlə artır

BMT araşdırması: Süni intellektin ekoloji yükü sürətlə artır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Süni intellekt texnologiyalarının inkişafı yalnız rəqəmsal sahədə deyil, ətraf mühitə təsiri baxımından da ciddi narahatlıqlar yaradır. Mütəxəssislərin fikrincə, bu texnologiyanın geniş yayılması istixana qazı emissiyalarının artmasına səbəb olmaqla yanaşı, su, torpaq və enerji kimi təbii resurslar üzərində təzyiqi də gücləndirir.

XQ-nin məlumatına görə, bu qənaət BMT Universitetinin həyata keçirdiyi araşdırmanın nəticələrinin təhlili zamanı səsləndirilib.

Hesabatda qeyd olunur ki, süni intellekt sistemlərini dəstəkləyən qlobal data mərkəzlərinin elektrik enerjisinə tələbatı 2030-cu ilədək ildə 945 teravatt-saata çata bilər. Bu göstərici Pakistan, Banqladeş və Nigeriyanın ümumi illik enerji istehlakından təxminən üç dəfə çoxdur.

Araşdırmada vurğulanır ki, problemin miqyası yalnız enerji sərfiyyatı ilə məhdudlaşmır. Data mərkəzlərinin fəaliyyəti böyük həcmdə su istehlakı və torpaq resurslarının istifadəsi ilə də müşayiət olunur. Elektrik enerjisinin istehsalı və serverlərin soyudulması üçün istifadə olunan su ehtiyatları, eləcə də enerji təchizatı zəncirləri ilə bağlı torpaq istifadəsi əlavə ekoloji yük yaradır.

Mütəxəssislərin hesablamalarına əsasən, onilliyin sonuna qədər süni intellektlə əlaqəli su istehlakı 1,3 milyard insanın illik məişət tələbatına bərabər ola bilər. Eyni zamanda, bu sahənin torpaq izi 14,5 min kvadrat kilometrdən artıq ərazini əhatə edə bilər ki, bu da bəzi iri şəhər aqlomerasiyalarının ölçüsünü üstələyir.

Sənəddə diqqət çəkilən digər məqam isə süni intellektin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində mövcud boşluqlardır. İndiyədək əsas diqqət karbon emissiyalarına yönəldilsə də, su və torpaq resurslarına təsir kimi amillər çox vaxt kölgədə qalır. Nəticədə ekoloji baxımdan faydalı hesab olunan bəzi təşəbbüslər başqa sahələrdə əlavə resurs yükü yarada bilər.

Araşdırma göstərir ki, ictimaiyyət daha çox böyük süni intellekt modellərinin hazırlanması zamanı sərf olunan enerjidən danışsa da, ümumi enerji istehlakının əsas hissəsi bu sistemlərin gündəlik istifadəsi zamanı formalaşır. Hesablamalara görə, geniş istifadə olunan süni intellekt platformaları hər gün milyardlarla sorğunu emal edir və bunun üçün yüzlərlə giqavat-saat enerji sərf olunur.

Enerji tələbatı yerinə yetirilən əməliyyatın növündən də asılıdır. Məsələn, süni intellekt vasitəsilə bir şəkil yaratmaq sadə mətn emalından dəfələrlə çox enerji tələb edir, video məzmunun hazırlanması isə daha böyük resurs sərfiyyatı ilə müşayiət olunur.

Ekspertlər hesab edirlər ki, texnologiyaların daha səmərəli işləməsi belə artan tələbatı tam şəkildə kompensasiya etməyə kifayət etməyəcək. Hesabatda “bərpa effekti” adlandırılan tendensiyaya da diqqət çəkilir: xidmətlərin ucuzlaşması və imkanlarının genişlənməsi onların istifadəsini artırır, nəticədə ümumi resurs istehlakı daha da yüksəlir.

Sənəddə vurğulanır ki, süni intellekt infrastrukturunun yaratdığı ekoloji yük bütün regionlar arasında bərabər bölüşdürülmür. Texnologiyanın üstünlükləri qlobal miqyasda hiss olunsa da, enerji, su və torpaq resurslarına düşən əsas yük çox vaxt müəyyən ölkə və bölgələrin üzərinə düşür. Bəzi dövlətlərdə data mərkəzləri artıq elektrik enerjisi sistemlərinə ciddi təzyiq göstərir, digər regionlarda isə onların fəaliyyəti su ehtiyatlarının azalması riskini artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri