BMT Baş katibi iclasda: Dünya dağılmağa doğru gedir
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda başlayan BMT Baş Assambleyasının 80-ci sessiyasındakı mühim mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, dünyada beynəlxalq hüququn tapdalandığı münaqişə zonaları və onun ətrafında cərəyən edən xaotik proseslərə diqqəti çəkib.
BMT Baş katibi bildirib ki. artıq BMT TŞ daxil, beynəlxalq sülh təsisatları çarəsiz qalıb, çəküb: "Dünya dağılmağa doğru gedir. Birləşmiş Millətlər Təşkilatının prinsipləri mühasirədədir, sülh və tərəqqinin əsasları dağılır... 80 il sonra biz də BMT-nin təsisçilərinin üzləşdiyi eyni problemlərlə üzləşirik".
O, qlobal nizamın ciddi təhlükə altında olduğunu vurğulayıb: "Baxın Qəzzada baş verənlərə. Mən dünyada belə indiyədək bir qətliam görməmişəm..."
Baş katib Qəzza başda olmaqla, bütün qaynar ocaqlarda dərhal atəşkəsə və sülh danışıqlarına çağırış edib.
Tahir Şəlvəli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















