BMT Baş katibi: Suriyanın suverenliyi və ərazi bütövlüyününpozulması...
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının narahatlıq doğurduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə yazıb.
“Suriyanın suverenliyi və ərazi bütövlüyünün son dövrlərdə genişmiqyaslı pozulması dərin narahatlıq doğurur. İctimai asayişin qorunması zamanı Suriyada etibarlı, nizamlı və inklüziv keçid mexanizmlərinin dəstəklənməsi son dərəcə vacibdir”, – Quterreş nəql edib.
Qeyd edək ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Hakan Fidanla Suriyadakı durumu müzakirə etmişdi.
Xatırladaq ki, Suriya Ərəb Respublikasında Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlayıb. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olub. Dəməşqin süqutundan əvvəl döyüşçülər Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 13 Dekabr 2024 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















