Icma.az
close
up
RU
BMT Baş katibinin müavini: Müəllimlər bəşəriyyətin gələcəyinin keşikçiləridir

BMT Baş katibinin müavini: Müəllimlər bəşəriyyətin gələcəyinin keşikçiləridir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 avqust, AZƏRTAC

Dünyanın hər yerində pedaqoqlar nəsillər boyu əks-səda doğuran seçimlər edirlər - meşələrin qorunmasından tutmuş şeirlərin yazılmasına, körpülərin qurulmasından dinc seçkilərin keçirilməsinə qədər bütün məsələlərə təsir göstərirlər. Bu fikri ifadə edən BMT Baş katibinin müavini Əminə Məhəmmədin sözlərinə görə, müəllimlər “təhsilin döyünən ürəyi, davamlı inkişafın təməl daşı və gələcəyimizin keşikçiləridir”.

AZƏRTAC xəbər verir ki, Çilinin Santyaqo şəhərində UNESCO-nun himayəsi altında keçirilən Müəllimlərin Ümumdünya Sammitinin açılışında çıxış edən Baş katibin müavini dərinləşən müəllim böhranını həll etmək üçün təcili qlobal tədbirlər görməyə çağırıb. O qeyd edib: “Gəlin müəllimlərin cəmiyyətdə mühüm rolunu onların və gələcək nəsillərin layiq olduğu siyasət və hörmətlə şərəfləndirək”. O, bütün dünyada təhsil işçilərini dəstəkləmək və təhsil sistemlərini gücləndirmək üçün beşbəndlik planın hazırlandığını diqqətə çatdırıb.

BMT Baş katibinin müavini xəbərdarlıq edib ki, dünya Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişə təhlükə yaradan “dərinləşən müəllim böhranı” ilə üz-üzədir. O, 2030-cu ilə qədər ümumdünya təhsil hədəflərinə çatmaq üçün lazım olan 44 milyon pedaqoqun qlobal miqyasda çatışmazlığı faktını ciddi problem adlandırıb.

UNESCO-nun Baş direktoru Odri Azule də sammitdəki çıxışında problemin mürəkkəbliyini vurğulayıb: “Heç bir ölkə təkbaşına gördüyümüz boşluqları aradan qaldıra bilməyəcək və bizi burada - Santyaqoda bir araya gətirən də budur”. O, böhranın arxasında duran çoxsaylı səbəbləri sadalayıb: aşağı və tez-tez gecikdirilən maaşlar, qocalmış müəllim işçi qüvvəsi, uyğun resurslar olmadan məktəbə qəbulun artması və xüsusən STEM sahəsində davamlı gender bərabərsizlikləri. Bu problemlərin həlli səviyyəli rəhbərlər və aydın düşüncə tələb edir.

2030-cu ilə qədər qlobal təhsil məqsədlərinə çatmaq üçün dünya ölkələri 44 milyon müəllimi işə götürməlidir ki, bu da Çili əhalisinin iki qatından çoxdur. Bununla belə, irəliləyiş əvəzinə tənəzzül müşahidə olunur.

Əminə Məhəmməd təhsildə aşağı maaş, ağır iş yükü və peşəkar inkişafın olmamasını əsas gətirərək bildirib: “Çox sayda gənc müəllim pedaqoji fəaliyyətin ilk illərində bu sektoru tərk edir. Nəhayət, biz müəllimlərdən qeyri-mümkün olanı - onlara lazım olan alətlər, inam və şərait olmadan gələcəyi qurmağı tələb edirik”.

O əlavə edib ki, 2030-cu ilə qədər ehtiyac duyulan müəllimlərin işə götürülməsinin dəyəri hər il 120 milyard dollar qiymətləndirilir. Lakin təhsilin maliyyələşdirilməsi zəifləyir. “Dünya əhalisinin 40 faizindən çoxu hökumətlərin təhsil və ya səhiyyədən daha çox borc faizlərinin ödənilməsinə xərclədiyi ölkələrdə yaşayır”, -deyə Baş katibin müavini xəbərdarlıq edib. Onun sözlərinə görə, 2023-2027-ci illər arasında təhsilə yardımın 25 faiz azalacağı proqnozlaşdırılır, keçən il isə bu sahədə 12 faiz azalma qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri