Icma.az
close
up
RU
BMT də böhran: təşkilat iflasa uğrayır?

BMT də böhran: təşkilat iflasa uğrayır?

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən böyük təşkilatlarından biridir. Son zamanlar bildirilir ki, sözügedən təşkilat iflas edə bilər. Səbəb kimi isə ABŞ və Çinin öz haqlarını ödəməkdən imtina etməsi göstərilir. Hətta BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın iflasa yaxınlaşdığı barədə xəbərdarlıq edib.
BMT-nin iflası ilə bağlı məlumatlar nə dərəcədə doğrudur?
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri, politoloqlarla müzakirə edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, BMT yarandığı vaxtdan bu günə qədər beynəlxalq təşkilat kimi ən zəif dövrünü yaşamaqdadır: “Çünki BMT Nizamnaməsində əksini tapan və BMT-nin vəzifəsi olan bir çox strateji məsələlərlə bağlı bu qurum konkret addımlar ata bilmir. Bu isə onun nüfuzdan düşməsinə səbəb olur. BMT yarandığı gündən bu vaxta qədər çoxsaylı struktur tərkibləri yaratmaqla və çoxşaxəli humanitar, sosial, mədəniyyət sahəsində fəaliyyətlərini artırdığına görə onun büdcəsi də həddindən artıq böyüyüb. Belə olan halda, əlbəttə ki, vaxtında BMT büdcəsinə ödənişlər olmazsa, bu təşkilat ilkin mərhələdə büdcə xərclərini məhdudlaşdırmağa, sonradan isə struktur vahidlərini bağlamağa, ya da onların fəaliyyətini məhdudlaşdırmağa məcbur olacaq. Nəticədə, BMT-nin əsas strukturu olan BMT Təhlükəsizlik Şurasını təhdid edəcək qədər vəziyyət gərginləşə bilər. Ancaq məsələ BMT-nin iflasından getmir, BMT-nin nüfuzunun artıq iflasa uğramasından gedir”.

“Bənzər funksiyanı yerinə yetirən quruma ehtiyacı var”

Deputat əlavə edib ki, çünki ilk növbədə bu təşkilat 1945-ci ildən yaranıb və artıq ötən illər ərzində dünyada çox şey dəyişib: “Milli dövlətlərin yeri, iradələri ortaya çıxıb, böyük imperiyalar artıq təkbaşına özləri BMT funksiyasını yerinə yetirməyə çalışırlar. Məsələn, ABŞ, Çin və ya Rusiya. Hətta iş o yerə çatıb ki, Birləşmiş Ştatlar Sülh Şurası adlı az qala BMT-yə alternativ bir qurum da yaratmağa cəhd edib. Doğrudur, hələlik real addımlar atılmayıb, amma bütün hallarda bu cür ideyalar da ortaya çıxıb. Ona görə də düşünürəm ki, BMT siyasi baxımdan və hadisələrin inkişafına təsir baxımdan onsuz da iflasa uğramaqdadır. Yəni onun maddi baxımdan da iflas etməsi əlbəttə ki, məhz bunun nəticəsi olaraq meydana çıxıb. Ancaq bütün hallarda dünyanın bənzər funksiyanı yerinə yetirən bir quruma ehtiyacı var”.

“Son illərdə vəziyyət daha da kəskinləşib”

Politoloq Elman Telmanoğlu deyib ki, BMT-nin maliyyə çətinlikləri yeni hadisə deyil, lakin son illərdə vəziyyət daha da kəskinləşib: “Təşkilatın əsas problemi dünyanın ən böyük donorları olan dövlətlərin, xüsusilə də ABŞ və Çinin ödənişlərində yaranan gecikmələr və siyasi mübahisələrdir: “Bunun nəticəsində BMT-nin gündəlik fəaliyyəti, sülhməramlı missiyaları və humanitar proqramları üçün maliyyə təzyiqi artır. Lakin "BMT-nin iflası" anlayışına ehtiyatla yanaşmaq lazımdır. BMT kommersiya şirkəti deyil və hüquqi baxımdan adi müəssisələr kimi müflis elan edilmir. Ən pis ssenaridə təşkilat fəaliyyətini məhdudlaşdıra, proqramları ixtisar edə, işçi sayını azalda və bəzi layihələri dondura bilər. Ancaq BMT-nin tam fəaliyyətini dayandırması və ya hüquqi olaraq iflas etməsi real görünmür. Burada əsas məsələ maliyyədən daha çox siyasidir. ABŞ, Çin və digər böyük güclər BMT-ni qlobal legitimlik və diplomatik platforma kimi görürlər. Bu dövlətlərin heç biri təşkilatın tam çöküşündə maraqlı deyil. Əksinə, maliyyə böhranı üzv dövlətlər arasında təsir uğrunda mübarizənin və BMT-də islahatlar tələb edən proseslərin bir hissəsi kimi qiymətləndirilə bilər”.

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Politoloqun fikirlərinə görə, Baş katib Antoniu Quterreş tərəfindən səsləndirilən xəbərdarlıqlar da daha çox üzv ölkələri öhdəliklərini yerinə yetirməyə təşviq etmək məqsədi daşıyır: “Əgər borclu ölkələr ödənişləri gecikdirməyə davam etsələr, BMT ciddi likvidlik problemi ilə üzləşə bilər. Lakin bu, təşkilatın yox olması deyil, onun fəaliyyət imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşması deməkdir. Siyasi baxımdan demək olar ki, BMT hazırda ekzistensial deyil, idarəetmə və maliyyələşdirmə böhranı yaşayır. Təşkilatın gələcəyi onun iflas edib-etməməsindən yox, böyük dövlətlərin qlobal idarəetmədə BMT-yə nə qədər ehtiyac duyduqlarından asılı olacaq. Bu ehtiyac hələ də qalır və buna görə də yaxın perspektivdə BMT-nin tam çöküşü ehtimalı çox aşağı qiymətləndirilir”.

“BMT dünya birliyinə yarayan qurum deyil”

Siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, BMT hazırda dünya birliyinə yarayan bir qurum deyil: “Yəni indiki formatda BMT-nin qalması və hazırkı mexanizmlərlə işləməsi məqbul deyil. ABŞ-nin BMT-ni maliyyələşdirməkdən imtina etməsi tam başa düşüləndir. Çünki ABŞ faktiki şəkildə bütün problemləri öz gücü hesabına həll edir. Eləcə də Çin. Yəni bu ölkələrin BMT-yə ehtiyacı yoxdur və onlar da fikirləşirlər ki, keçmişdən qalma bu qurumun maliyyələşməsinə artıq nə ehtiyac var? Bu qurum faktiki olaraq öz dövrünü başa vurub və real problemlərə heç bir təsir imkanı yoxdur. Buna görə də düşünürəm ki, elə belə də olmalı idi. Hələ bunun digər nəticələri də olacaq, biz onu da görəcəyik”.
Z.Əmrəliyev vurğulayıb ki, vaxtilə BMT-nin yaradılmasında iştirak etmiş dövlətlərin tez bir zamanda həmin təşkilatı tərk etməsinə və bu təşkilatın dağılmasına şahidi olacağıq: “Sadəcə indi bu təşkilatın alternativi fikirləşilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Yaxın Şərqdəki problemləri həll etmək üçün “Sülh Şurası” adlanan qurum yaradılıb. Təkcə Yaxın Şərqdəki məsələlərlə bağlı deyil, ümumilikdə bütün dünyadakı problemlərin müzakirə edilməsi, həll edilməsi ilə bağlı belə bir qurumun yaradılmasına çox böyük ehtiayc var”.

“BMT-nin quruluşu tamamilə səhvdir”

Onun fikirlərinə görə, ümumiyyətlə, BMT-nin quruluşu tamamilə səhvdir: “Birinci Dünya müharibəsindən sonra mandat sistemi yaradılmışdı və böyük dövlətlər özlərindən zəif olan ölkələri mandat sistemi ilə öz aralarında bölüşdürmüşdülər. Təhlükəsizlik Şurasında bir çox dövlətə veto hüququnun verilməsi də elə bu mandat sisteminin bir növ davamı idi. Yəni o dövlətlər hegemonluq edirdilər, istədikləri qərarları qəbul edirdilər, istəmədiklərinə veto qoyub rədd edirdilər. Bu heç də həll yolu deyil. Dünya müasirləşir, yeni trendlər meydana çıxır. Belə bir dövrdə bir qurumun 80 ilə yaxın bir dövrdə eyni idarəçilik metodunda qalması qəbuledilməzdir və əlbəttə ki, dəyişiləcək. BMT artıq iflasa uğrayır və yəqin ki, artıq yaxın illərdə dağılacaq”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri