Icma.az
close
up
RU
BMT də İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi anıldı

BMT də İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi anıldı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə əlaqədar olaraq BMT Baş Assambleyasında dünya savaşının bütün qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi anım iclası keçirilib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, iclasda Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev çıxış edərək bu tarixi hadisənin insanlıq üçün əhəmiyyətini vurğulayıb.

"Bu müharibə bəşəriyyətə ölçüyəgəlməz iztirablar gətirdi, milyonlarla insan həlak oldu, şəhərlər viran qaldı. O vaxt əhalisi cəmi 3,4 milyon olan Azərbaycandan 700 minə yaxın insan cəbhəyə göndərilib, onların 350 minindən çoxu həlak olub. Qələbə yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə göstərilən qətiyyət və sədaqət nəticəsində mümkün oldu. Bakı neftçiləri ordunun neft məhsullarına olan tələbatının böyük hissəsini qarşılayıb, ölkədə 130-dan çox hərbi texnika və silah istehsal olunub. Bakıdakı 41 hərbi hospitalda isə 440 mindən çox yaralıya tibbi yardım göstərilib”, - T.Musayev xatırladıb.

Səfir qeyd edib ki, müharibənin yaratdığı dərslər BMT-nin yaradılmasına, beynəlxalq insan hüquqları və humanitar hüququn inkişafına səbəb olub: “Müharibə cinayətlərini araşdırmaq üçün çoxtərəfli məhkəmələrin yaradılması ədalətin siyasi iradə ilə dəstəkləndikdə nə qədər güclü təsirə malik olduğunu göstərdi”.

T. Musayev çıxışının sonunda müasir dövrdə beynəlxalq hüququn pozulduğu, köhnə münaqişələrin alovlandığı və yeni müharibələrin baş qaldırdığı bir zamanda selektivlik və ikili standartlara yol verilməməsinin vacibliyini vurğulayıb: “Sülh və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, insan hüquqlarının və ədalətin təşviqi məsələlərində prinsipial yanaşmalar əsas götürülməlidir”.

Qeyd edək ki, bu xüsusi iclas 2025-ci ilin mart ayında qəbul edilmiş qətnaməyə əsasən təşkil olunub. Qətnaməyə əsasən, İkinci Dünya müharibəsinin bütün qurbanlarının xatirəsinə 2025-ci ilin may ayının ikinci həftəsində və bundan sonra hər beş ildən bir xüsusi təntənəli iclasın keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri