BMT dəki daimi nümayəndə UNICEF in regional direktoru ilə uşaqların müdafiəsini müzakirə edib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Tofiq Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə uşaqların müdafiəsi və onların hüquqlarının təşviqi sahəsində əməkdaşlığı müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin mətbuat xidməti bildirib.
"Daimi Nümayəndə Səfir Tofiq Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominikisi məmnuniyyətlə qəbul edib. Görüş zamanı Azərbaycan ilə UNICEF arasında uşaqların müdafiəsi və onların hüquqlarının təşviqi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq və COP29-dan sonra uşaq və gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmağa davam etməsi müzakirə olunub", – BMT-dəki diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 Fevral 2025 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















