Icma.az
close
up
RU
BMT dən süni intellektlə bağlı XƏBƏRDARLIQ

BMT dən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Icma.az, Manset portalına istinadən məlumat yayır.

XII Qlobal Bakı Forumu çərçivəsində "Yeni Dünya üçün Yeni Texnologiyalar" adlı panel müzakirəsi keçirilib.

Manset.az xəbər verir ki, panel müzakirədə çıxış edən Oksford Universitetinin Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sem Dous deyib ki, gələn həftə Cenevrədə BMT-nin Süni İntellekt üzrə Beynəlxalq Konfransı təşkil olunacaq. 

O bildirib ki, bu sahədə yeniliklərin geniş tətbiqi üçün bütün maraqlı dövlətlər böyük səy göstərməlidir: “Dövlətlər arasında geosiyasi yarış gedir. Bu sahədə mövcud olan əsas meyarlardan biri sağlam mühit, eləcə də uyğunlaşdırma siyasətinin təmin edilməsindən ibarətdir. Bir məqam da süni intellektin hərbi sahədə tətbiqindən ibarədir. Gələn həftə Cenevrədə BMT-nin Süni İntellekt üzrə Beynəlxalq Konfransı təşkil olunacaq. Biz hesab edirik ki, süni zəka ilə bağlı mexanizmlər təkmilləşdirilməlidir”.

BMT-nin Baş katibinin köməkçisi Bernardo Maryano isə çıxışında süni intellektin istifadəsindən, idarəsindən və gələcək üçün yarada biləcəyi potensial təhlükələrdən bəhs edib:

“Gələcəkdə meydana çıxa biləcək problemləri indidən həll etmək lazımdır. Süni zəka ilə bağlı aparılan 60 illik araşdırmalar nəticəsində ChatGPT meydana çıxdı. Süni zəka icmaya xidmət edir, bərabərsizliyə qarşı mübarizə aparır, iqlim dəyişikliyi ilə mübarizə aparır, uşaqları müdafiə edir. Süni zəkadan bu istiqamətlərdə məqsədəuyğun istifadə edə bilərik. Süni zəkanın qaranlıq hissəsi də var və biz bundan qorunmalıyıq. Süni zəkanın "qaranlıq sahələrdə" istifadəsi bizim üçün böyük, ciddi problemlər yarada bilər”.

Baş katibin köməkçisi vurğulayıb ki, əsas məqsəd bütün ölkələrin süni intellektdən istifadə üçün əlçatanlığının təmin edilməsi, yeni texnologiyaların bütün dünyanın səlahiyyətinə verilməsidir. O əlavə edib ki, kimlərinsə süni intellektdən istifadə edərək kiberhücumlar təşkil etməsinə imkan verilməməlidir. 

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev isə deyib ki, Avropa İttifaqının süni intellektlə bağlı sənədinə qoşulmaq lazımdır, eyni zamanda, süni intellektin idarəsi və istifadəsi ilə bağlı qanunlar yaradılmalıdır.

Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç süni intellektin və yeni texnologiyaların təhsil sahəsində tətbiqinin yaratdığı imkanlardan danışıb. 

O qeyd edib ki, innovasiyalardan məqsədəuyğun şəkildə istifadə edilməli, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və şəffaflıq məsələləri həmişə ön planda olmalıdır. 

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov yeni texnologiyaların inhisarçılığa gətirib çıxardığı məqamlardan bəhs edib: 

"Facebook” və “Twitter“ artıq ictimai rəyi formalaşdıran alətlərə çevrilib. Beynəlxalq müqavilələr və tənzimləyici qaydalar yenilənməlidir. Böyük texnoloji şirkətlər köhnə qaydalar toplusu ilə hərəkət etməməlidir".

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov çıxışında Azərbaycanda zəng mərkəzlərində, istehsal müəssisələrində, üztanıma proqramlarında süni intellektin tətbiqindən danışıb. 

O qeyd edib ki, yaxın 5 il ərzində "Rəqəmsal İqtisadiyyat Strategiyası" hazırlanacaq.

Panel müzakirələrlə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 15 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri