BMT Əsədin cinayətləri araşdırmaq üçün əməkdaşlığa hazırdır
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Paulo Pinheiro Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı proseslə bağlı AA müxbirinə qiymətlər verib.
Turkustan.az xəbər verir ki, BMT-nin Suriya üzrə Beynəlxalq Müstəqil Araşdırma Komissiyasının sədri Paulo Pinheiro Suriyada Bəşər Əsəd rejimi dövründə törədilən cinayətlərin minlərlə icraçısının olduğunu və onların araşdırılması üçün yeni administrasiya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Suriyada keçid prosesinin ümumi mənada davam etdiyini açıqlayan Pinheiro, proseslə bağlı gərgin mübarizənin olmamasının vacib olduğunu deyib.
"Bu, hökumətin keçidi deyil, 61 illik avtoritar diktaturanın sona çatmasıdır. İndiyə qədər gedən prosesin diqqət çəkici olduğunu düşünürəm".
Heyət Təhrir əl-Şam (HTŞ) və Suriyada yeni administrasiyanın lideri Əhməd Şəranın müxtəlif silahlı qruplara və onların davranışlarına nəzarət edə bilməsinin çox təsir edici olduğunu bildirən Pinheiro, təxribat və bu kimi halların şahidi olmadıqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Yanvar 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















