Icma.az
close
up
RU
BMT Fransa hökumətini miqrant uşaqların hüquqlarını pozmaqda ittiham edir

BMT Fransa hökumətini miqrant uşaqların hüquqlarını pozmaqda ittiham edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 17 oktyabr, AZƏRTAC

BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) Fransa hökumətini müşayiətsiz miqrant uşaqların hüquqlarını ciddi və sistematik şəkildə pozmaqda günahlandırıb.

AZƏRTAC xəbər verir ki, bu haqda CRC-nin yayımladığı hesabatda qeyd olunub. Komitənin hesabatında deyilir ki, Fransa ərazisində çox sayda uşaq azyaşlı olduqlarını sübut edə bilmədikləri üçün müdafiədən kənarda qalır, küçələrdə yaşayır və insan ləyaqətinə zidd şəraitdə sağ qalmağa çalışırlar. Onlarla yetkin şəxslər kimi rəftar edilir. Həmçinin hesabatda qeyd olunur ki, Fransa qanunvericiliyində müşayiətsiz miqrant uşaqların qorunmağa və qayğıya ehtiyacı olan şəxslər kimi tanınması müsbət qiymətləndirilsə də, praktikada bu, çox vaxt tətbiq olunmur.

Komitənin 18 beynəlxalq eksperti vurğulayır ki, azyaşlı olduqlarını bildirən çox sayda uşaq etibarsız yaş təyini prosedurları səbəbi ilə böyük kimi rəsmiləşdirilir. Bu prosedurlar əsasən xarici görünüşə və ya dəqiqliyi sual altına alınan tibbi testlərə əsaslanır. Üstəlik, bu testlər çox zaman etibarlı hüquqi nümayəndə, qəyyum və ya vəkilin iştirakı olmadan aparılır. Komitə bildirir ki, yaşla bağlı mübahisələr və hüquqi prosedurlar səkkiz aya və ya daha çox müddətə qədər çəkə bilər. Bu müddətdə uşaqlar qorunma hüququndan məhrum olur və təcavüz, insan alveri, istismar, polis zorakılığı kimi ciddi təhlükələrlə üzləşirlər.

BMT ekspertləri Fransa hakimiyyətini azyaşlılıq ehtimalının üstünlüyü prinsipinə ciddi əməl etməyə çağırırlar. Yəni uşaq sübut təqdim olunana qədər uşaq kimi tanınmalı və müvafiq şəkildə müdafiə olunmalıdır.

Komitə, həmçinin vurğulayır ki, yaşları sonradan yenidən qiymətləndirilən uşaqların 50–80 faizinin azyaşlı olduqları qəbul edilir. Bu fakt ilkin qiymətləndirmələrin nə qədər qeyri-dəqiq və zərərli olduğunu göstərir.

BMT Komitəsinin bu hesabatı, Fransa kimi insan hüquqları və uşaq müdafiəsi sahəsində öncül ölkələrdən hesab edilən bir dövlət üçün ciddi narahatlıq siqnalı olaraq qiymətləndirilir. Komitə Fransa hökumətindən qanunla nəzərdə tutulan hüquq və prinsiplərin real həyata keçirilməsini, bütün miqrant uşaqlar üçün təhlükəsiz və ləyaqətli mühitin təmin olunmasını tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri