BMT helikopterinə hücum zamanı 28 nəfər həlak olub, aralarında general da var
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi Cənubi Sudanda BMT helikopteri atəşə tutulub.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində yüksək rütbəli general öldürülüb.
"Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib, lakin general da daxil olmaqla, 28 nəfər həlak olub. Onların hamısı martın 7-də səhər saatlarında helikopterlə təxliyə zamanı həlak olub", - “Radio Tamuzuj” səlahiyyətlilərə istinadən məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, öldürülən general Cənubi Sudan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi komandanlığının tərkibində olan Majur Dakdır. Helikopter ekipaj üzvü də həlak olub.
Hücum bir qrup hərbçinin Nasir şəhərindən təxliyəsi zamanı baş verib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:BMT: Konqodakı hərbi əmliyyatlar zamanı 700 nəfər həlak olub
01 Fevral 2025 08:44
Türkiyədə dənizdə 28 qanunsuz miqrant tutulub Aralarında azyaşlılar da var
05 Noyabr 2025 00:27
Atəşkəsdən sonra Qəzzada 28 nəfər həlak olub FOTO
18 Oktyabr 2025 12:52
Pakistanda sərnişin mikroavtobuslar silahlı hücum olub 28 nəfər ölüb, yaralılar var
21 Noyabr 2024 16:40
Pakistanda sərnişin mikroavtobuslarına silahlı hücum olub 28 nəfər ölüb, yaralılar var
21 Noyabr 2024 23:27
Baxış sayı:68
Bu xəbər 07 Mart 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















