BMT İranda qaçqınlara yardım üçün 80 milyon dollar toplamağa çağırır
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda təxminən iki milyon qaçqına təcili humanitar yardım göstərilməsi məqsədilə 80 milyon ABŞ dolları məbləğində vəsaitin toplanması üçün çağırış edib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı-nın sözçüsü Babar Baluş Cenevrədə keçirilən brifinqdə məlumat verib. BMT rəsmisi bildirib ki, regionda son dövrlərdə baş verən eskalasiya İranda yaşayan qaçqınlar və onları qəbul edən icmalar üçün vəziyyəti daha da çətinləşdirib. Onun sözlərinə görə, qaçqınlar təhlükəsizlik, psixoloji problemlər, iş yerlərinin itirilməsi və təcili mənzil ehtiyacı kimi ciddi çətinliklərlə üz-üzə qalıblar.
Qeyd olunub ki, humanitar təşkilatlar tərəfindən hazırlanmış təcili müdaxilə planı 1,8 milyon qaçqının (o cümlədən əfqanların) və münaqişədən təsirlənmiş bir milyon yerli icma üzvünün dəstəklənməsini nəzərdə tutur.
Bildirilib ki, yardım kampaniyasının məqsədi cari ilin mart–may ayları ərzində yaranmış təcili humanitar ehtiyacların qarşılanması üçün zəruri maliyyə vəsaitinin toplanmasıdır.
Məlumata görə, İran hazırda dünyada ən çox qaçqın qəbul edən ölkədir. Burada, rəsmi məlumatlara əsasən, 4,5 milyona yaxın əfqan və yüz minlərlə iraqlı yaşayır.
BMT sözçüsü vurğulayıb ki, münaqişə milli sosial sistemlərə də ciddi təsir göstərir və humanitar ehtiyaclar getdikcə artır. O əlavə edib ki, İranda yaşayan əfqan qaçqınların əksəriyyəti şəhərlərdə məskunlaşıb və hər gün minlərlə insan yardım üçün müraciət edir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Mart 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















