Icma.az
close
up
RU
BMT: İyulda Ukraynada mülki əhali arasında qurbanların sayı rekord həddə çatıb

BMT: İyulda Ukraynada mülki əhali arasında qurbanların sayı rekord həddə çatıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev, 14 avqust, AZƏRTAC

2025-ci ilin iyulunda Ukraynada ölən və yaralanan mülki əhalinin sayı son üç ilin ən yüksək həddinə çatıb. Bir ay ərzində 300-ə yaxın insan həlak olub.

Bu barədə AZƏRTAC BMT-nin hesabatına istinadla xəbər verir.

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) bu gün bildirib ki, iyul ayında Ukraynada mülki əhali arasında itkilərin sayı son üç ilin ən yüksək səviyyəsinə çatıb.

İyul ayında 286 mülki şəxs həlak olub, 1388 nəfər yaralanıb ki, bu da 2022-ci ilin may ayından bəri ən yüksək göstərici olub və 2025-ci ilin iyun statistik göstəricilərini üstələyib. HRMMU ölkənin 24 regionundan 18-də mülki əhalinin həlak olduğunu təsdiqləyib.

HRMMU-nun rəhbəri Daniel Bell qeyd edib ki, artıq ikinci aydır ki, Ukraynada mülki əhali arasında itkilərin sayı son üç ilin ən yüksək səviyyəsini yeniləyib. “Rusiya Federasiyasının tammiqyaslı işğalının başlamasından bəri təkcə ilk üç ay ərzində son bir aya nisbətən daha çox ölüm və yaralanma halları var”, -deyə o əlavə edib.

BMT-nin qeyd etdiyi kimi, itkilərin demək olar ki, 40 faizi uzaqmənzilli silahlardan, xüsusən də raketlərdən və ölümcül sursatlarından istifadə nəticəsində baş verib (89 ölü və 572 yaralı).

Belə ki, iyulun 31-də Kiyevin raket atəşinə tutulması nəticəsində paytaxtda genişmiqyaslı işğalın başlamasından bəri dinc əhali arasında ən çox itki baş verib, 31 nəfər həlak olub, 171 sakin yaralanıb.

Keçən ay iyun ilə müqayisədə mülki əhali arasında itkilərin artmasının əsasən cəbhə xətti boyunca hökumətin nəzarətində olan ərazilərdə baş verməsi Rusiya silahlı qüvvələrinin həmin əraziləri ələ keçirmək üçün intensiv cəhdlərini əks etdirməsi də qeyd olunub.

Mülki əhalinin həlak olmasının ikinci ən mühüm amili itkilərin 24 faizinə və ya 64 ölüm və 337 yaralanmaya səbəb olan qısamənzilli dronlardır.

HRMMU bülletenində 2025-ci ilin iyununda qeyd edildiyi kimi, bu cür dronlardan itkilər 2024-cü ilin iyul ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri