BMT: Livanda 210dan çox tibb işçisi həlak olub
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ilin oktyabr ayından bəri Yaxın Şərqdə vəziyyət pisləşdiyi üçün Livanda ən azı 212 tibb işçisi dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandadakı vəziyyətlə bağlı hesabatında deyilir.
Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri səhiyyə müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub. Belə ki, təkcə ötən həftə 70 tibbi işçisi dünyasını dəyişib.
Bundan başqa hücumlar nəticəsində Livandakı 178 tibb müəssisəsindən 21-i işləri dayandırmaq və ya göstərilən xidmətlərin həcmini azaltmaq məcburiyyətində qalıb.
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















