BMT münaqişəli Yəməndə 200.000 dən çox insanın didərgin düşdüyünü bildirir
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) ordu ilə husilər arasında toqquşmaların baş verdiyi Yəməndəki vəziyyətlə bağlı açıqlama yayıb.
Bəyanatda bildirilir: "Yəməndə münaqişənin başlanğıcından bəri ümumilikdə 201.217 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Bu rəqəm hər gün artır və humanitar ehtiyaclar da eyni sürətlə artır. Ən çox ehtiyacı olanlara yardım çatdırmaq üçün lazım olan resurslar həyəcan verici dərəcədə azalır."
Həmçinin bəyanatda böhranın eskalasiyasının həyəcan verici dərəcədə sürətlə artdığı qeyd olunur və BMqT-nin məlumatlarına görə, sentyabr ayının ortalarında köçkünlərin sayının 76.000 olduğu, ayın sonuna qədər 145.000-ə çatdığı və hazırda 200.000-i keçdiyi vurğulanır.
Bəyanatda şərhləri yer alan BMqT-nin baş direktoru Emi Poup deyib: "İnsanlar canlarını qurtarmaq üçün qaçırlar, lakin sığınacaq tapmaq üçün təhlükəsiz yer tapa bilmirlər. Bu gün onların sığınacaq, qida və təhlükəsizlik ehtiyacı var. Komandalarımız yerindədir, lakin lazımi maliyyələşdirmə mövcud deyil. Donorları dərhal hərəkətə keçməyə çağırıram."
Poup hər gecikmə gününün insan itkisinə səbəb olduğunu vurğulayaraq əlavə edib: "Yəmən unudulmuş bir böhrana çevrilməməlidir. Dünyanın kömək etmək üçün vasitələri var və bu vasitələrdən dərhal istifadə edilməlidir."
Son günlərdə Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları ilə hökumət qüvvələri arasında toqquşmalar, xüsusən də Taiz və Bab əl-Məndəb boğazı ətrafında şiddətlənib. Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının hava dəstəyi ilə Husilərin hücumuna qarşı "Yəmən Şəfəqi" əməliyyatına başlayıb.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















