Icma.az
close
up
RU
BMT nin Baş katibi: Autizmli insanlar çox vaxt təcrid, stiqma və bərabərsizliklə üzləşir

BMT nin Baş katibi: Autizmli insanlar çox vaxt təcrid, stiqma və bərabərsizliklə üzləşir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə axşamı Ümumdünya Autizm Məlumatlandırma Günü ilə bağlı mesajında təşkilata üzv dövlətləri daha bərabər və əhatəli dünya yaratmaq üçün yenilənmiş öhdəliklərə çağırıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Gününün builki mövzu olan “Neyromüxtəlifliyin inkişafı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs)” neyromüxtəliflik və qlobal davamlılıq səyləri arasında kəsişməni vurğulayır. Məqsəd inklüziv siyasət və təcrübələrin bütün dünyada autizmli insanlar üçün necə müsbət dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirmək və dayanıqlı inkişaf məqsədlərinin reallığa çevrilməsinə töhfə verməkdir.

Baş katib müraciətində qeyd edib: “Autizmli insanlar çox vaxt təcrid, stiqma və bərabərsizliklə üzləşir. Onlar xüsusilə böhranlar zamanı səhiyyə və təhsildən məhrum ediliblər, bu insanların hüquqi qabiliyyəti tanınmayıb və həddindən artıq yüklənib. Bu cür ayrı-seçkilik Əlillərin Hüquqları haqqında Konvensiyaya və Dayanıqlı İnkişaf Məqsədlərinin heç kəsi geridə qoymamaq öhdəliyinə ziddir və mütləq dəyişməlidir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat cədvəlinə əsasən, autizm və ya autizm spektri pozğunluğu beynin inkişafı ilə bağlı müxtəlif şərtlər qrupunu təşkil edir. Bu xüsusiyyətlər erkən uşaqlıq illərində aşkar edilə bilər, onlar sosial qarşılıqlı əlaqə və ünsiyyətdə müəyyən dərəcədə çətinlik yaradır, lakin diaqnoz çox vaxt gec qoyulur.

ÜST qeyd edir ki, dünyada təxminən hər yüz uşaqdan birində autizm olduğu təxmin edilir. Mövcud elmi sübutlar göstərir ki, uşaqda autizm olma ehtimalını artıran bir çox amillər, o cümlədən ətraf mühit və genetik faktorlar var. Uzun illər ərzində aparılan geniş tədqiqatlar qızılca, parotit və məxmərək peyvəndinin autizmə səbəb olmadığını nümayiş etdirib. Hər hansı bu cür əlaqəni göstərən tədqiqatlar qüsurlu idi və bəzi müəlliflərin araşdırması qərəzli olub. Bundan əlavə, sübutlar digər uşaq peyvəndlərinin riski artırmadığını da göstərir.

BMT bildirib ki, autizmli insanların qabiliyyətləri və ehtiyacları dəyişir, onlar zamanla inkişaf edə bilər. Bəziləri müstəqil yaşaya bilsələr də, digərləri ciddi əlilliyə malikdir və ömür boyu qayğı və dəstək tələb edir.

Autizm təhsil və məşğulluq imkanlarına da təsir edir, ailələr isə qayğı və dəstək baxımından əhəmiyyətli tələblərlə üzləşə bilər. Baş katib vurğulayıb ki, hökumətlər bərabərliyi təmin edən və autizmli insanların cəmiyyətdə tam iştirakını təşviq edən qanunlar və siyasətlər qəbul etməlidir. O əlavə edib: “Bizə inklüziv səhiyyə və təhsil sistemləri, iş mühitləri və şəhər dizaynı lazımdır, autizmli insanların inkişafı üçün onların bərabər imkanlara malik olmasını təmin etməliyik”.

“Gəlin, Ümumdünya Autizm Məlumatlandırma Günündə autizmli heç bir insanın geridə qalmadığı bir dünya yaratmağı öhdəmizə götürək”, -deyə A.Quterreş müraciətini yekunlaşdırıb.

BMT bütün tarixi boyu müxtəlifliyi vurğulayıb, öyrənmə fərqləri və inkişaf əlilliyi də daxil olmaqla, fiziki və əqli qüsurları olan şəxslərin hüquqlarını və rifahını təşviq edib. 2008-ci ildə qüvvəyə minmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya hamı üçün universal insan hüquqlarının əsas prinsipini bir daha təsdiq edir. Elə həmin il 193 üzv dövlətin hamısını birləşdirən BMT Baş Assambleyası autizmli insanların cəmiyyətin ayrılmaz hissəsi kimi dolğun və mənalı ömür sürə bilmələri üçün həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2 aprel tarixini yekdilliklər Ümumdünya Autizm Məlumatlandırma Günü elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri