BMT nin mənzil qərargahında təhlükəsizlik tədbirləri gücləndirilib
Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi öncəsi Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, BMT Baş Qərargahının ətrafındakı küçələr bağlanıb, metal və beton baryerlər qurulub.
Əraziyə gücləndirilmiş polis qüvvələri cəlb olunub, girişlərdə əlavə keçid məntəqələri açılıb.
Jurnalistlər və nümayəndə heyətlərinin üzvləri metal detektorlarla, həmçinin itlər vasitəsilə yoxlanılır. Media təmsilçilərinin qərargah daxilində hərəkəti də məhdudlaşdırılıb.
Əsas müzakirələr sentyabrın 23-27-si və 29-da keçiriləcək. Ümumilikdə 195 nümayəndə heyətinin çıxışı nəzərdə tutulub.

Gürcüstanda təhlükəsizlik tədbirləri gücləndirilib
06 Dekabr 2024 11:09
Norveçdə təhlükəsizlik tədbirləri gücləndirilib
22 Dekabr 2024 02:28
Suriyada təhlükəsizlik tədbirləri gücləndirilib
22 Aprel 2025 11:40
Dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib
23 Fevral 2025 12:13
Nyu Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO
13 İyun 2025 10:34

