BMT nin nümayəndəsi: Xəzər dənizində dramatik dəyişikliklər baş verə bilər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 sentyabr, AZƏRTAC
Xəzər dənizində əməkdaşlıq sıfırdan başlamır. Tehran Konvensiyası və onun protokolları Xəzəryanı beş ölkə üçün əməkdaşlığın mühüm çərçivəsini təmin edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Layihə Xidmətləri Ofisinin çoxölkəli ölkə direktoru Simonetta Siliqato “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın ikinci günündə "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi əsas məsələ həmin çərçivənin texniki məzmununu və elmi əsaslarını gücləndirmək, alimləri və institutları birləşdirmək, məlumat və bilik mübadiləsini yaxşılaşdırmaq, eləcə də davamlı maliyyələşməni təmin etməkdir.
Simonetta Siliqato qeyd edib ki, əməkdaşlıq yalnız idarəçiliklə məhdudlaşmamalıdır. Tədqiqat institutları, beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları, yerli icmalar və özəl sektor da bu prosesə cəlb edilməlidir:”Çünki real fəaliyyət məhz yerli səviyyədə həyata keçirilir. Yerli icmaları prosesə cəlb etmədən əldə edəcəyimiz nəticələrin təsiri kifayət qədər güclü olmayacaq”.
O bildirib ki, qarşıdakı onilliklər ərzində Xəzər dənizində potensial olaraq dramatik dəyişikliklər baş verə bilər. Onun sözlərinə görə, bu, artıq yalnız ekoloji məsələ deyil. Dəyişikliklər infrastruktura, limanlara, nəqliyyata, yerli iqtisadiyyatlara və insanların yaşayış vasitələrinə, həmçinin su təhlükəsizliyinə və biomüxtəlifliyə təsir göstərir.
“Əməkdaşlıq üçün çox güclü iqtisadi əsas da mövcuddur. Eyni regional problemlə beş ölkənin ayrı-ayrılıqda mübarizə aparması nəticə etibarilə birgə səylərdən daha baha başa gələcək. Üstəlik, bu, daha az effektiv olacaq”, – deyə Siliqato qeyd edib.
O diqqətə çatdırıb ki, BMT siyasi öhdəlikləri və elmi bilikləri real şəkildə həyata keçirilə və maliyyələşdirilə bilən proqramlara çevirməyə kömək edə bilər. Bunun hökumətlər, maliyyələşdirmə tərəfdaşları, özəl sektor və yerli icmalarla birlikdə həyata keçirilməsinin mümkün olduğunu bildirib.
Simonetta Siliqato Xəzər dənizində əməkdaşlıq modelinin digər transsərhəd su hövzələrinə də tətbiq oluna biləcəyini deyib. Onun sözlərinə görə, bir çox daxili su hövzələri oxşar iqlim təzyiqləri ilə üzləşir və burada birləşdirilmiş elmi biliklərin, ortaq platformaların və birgə planlaşdırmanın işlədiyi nümayiş etdirilərsə, bu, digər transsərhəd su hövzələri üçün də model ola bilər.
Müxbirlər - Göyçək Mahmudlu, Pərvanə Qafarova
Fotoqraf - Azər İbrahimov
Videooperator- Mirrəsul Cəfərov
Baxış sayı:83
Bu xəbər 08 Sentyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















