Icma.az
close
up
RU
BMT nin Qadınlar Diplomatiyada Beynəlxalq Günü

BMT nin Qadınlar Diplomatiyada Beynəlxalq Günü

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də bütün dünyada Qadınlar Diplomatiyada Beynəlxalq Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün BMT Baş Assambleyası tərəfindən qadınların diplomatiyada mühüm rolunu tanımaq və onların beynəlxalq qərar qəbuletmədə bərabər iştirakını təşviq etmək məqsədilə 2022-ci ildə təsis olunub.

Tarixən, diplomatiya əsasən kişilərin əhatə etdiyi sahə hesab olunurdu. 1945-ci ildə BMT Nizamnaməsinin imzalanması zamanı 850 nümayəndə arasında yalnız dörd qadın olub. Buna baxmayaraq, müasir beynəlxalq hüquq və insan hüquqlarının qorunması sisteminin əsas sənədlərindən birinə çevrilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hazırlanmasına rəhbərlik edən də məhz qadın - Eleanora Ruzvelt idi.

BMT-nin bəyanatında deyilir: “Diplomatiyada qadınlar sadəcə beynəlxalq münasibətlərin iştirakçıları deyil; onlar sülh qurucuları, bərabərliyin tərəfdarları və qlobal əməkdaşlığın gələcəyini formalaşdıran liderlərdir. Onların səsləri, baxışları və liderliyi dünyamızın üzləşdiyi mürəkkəb problemlərin həlli və daha inklüziv, ədalətli, davamlı cəmiyyətlər qurmaq üçün çox vacibdir. Diplomatiya qarşılıqlı əlaqəli dünyanın tələblərini ödəmək üçün inkişaf etdikcə, qadınların bütün qərar qəbuletmə səviyyələrində tam, bərabərhüquqlu və mənalı iştirakını təmin etmək təkcə ədalət məsələsi deyil, həm də Pekin Bəyannaməsi, Fəaliyyət Platforması və Davamlı İnkişaf Məqsədlərinin vədlərini yerinə yetirmək üçün effektiv qlobal idarəetmə üçün ilkin şərtdir. Qadınlar qərar qəbuletmə masasında təmsil olunduqda, diplomatiya xidmət etdiyi insanların maraqlarını daha çox əks etdirir, davamlı sülhü, dayanıqlı inkişafı və insan ləyaqətinə hörməti daha yaxşı təşviq edə bilir”.

Qeyd olunub ki, son onilliklərdə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, qadınlar diplomatik və siyasi həyatda az təmsil olunurlar.

BMT Qadınlar Təşkilatının “Qadın siyasi liderlər – 2025” hesabatına görə, dünyanın 27 ölkəsində qadınlar dövlət başçısı vəzifəsini tuturlar. Lakin 103 ölkədə zərif cinsin nümayəndələri heç vaxt ən yüksək dövlət vəzifəsini tutmayıb. Qadınlar dünya miqyasında hökumətlərdə nazir vəzifələrinin yalnız 22,9 faizini tutur, onların xarici siyasət və müdafiə kimi strateji əhəmiyyətli sahələrdə təmsilçiliyi məhdud olaraq qalır.

BMT qadınların diplomatiyada iştirakının daha davamlı və inklüziv qərar qəbuletmə, sülh quruculuğu və münaqişələrin qarşısının alınmasına töhfə verdiyini vurğulayır. Təşkilat dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti institutlarını qadınların beynəlxalq münasibətlərdə və diplomatiyada iştirakını artırmağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə çağırır.

Bu gün bir çox ölkə diplomatik xidmətdə və rəhbər vəzifələrdə gender bərabərliyi prinsiplərini fəal şəkildə tətbiq edir. Sülhməramlı proseslərdə və beynəlxalq danışıqlarda qadınların roluna diqqət artır. Lakin ekspertlər qeyd edirlər ki, diplomatiyada tam bərabərliyə nail olmaq yolu hələ tam başa çatmayıb.

Qadınlar Diplomatiyada Beynəlxalq Günü qadınların beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında dialoqun inkişafına və bugünkü qlobal çağırışlara həll yollarının tapılmasına verdikləri əhəmiyyətli töhfələri xatırladır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri