Icma.az
close
up
RU
BMT nin qərarı böyük türk ailəsinin uğurudur Millət vəkili

BMT nin qərarı böyük türk ailəsinin uğurudur Millət vəkili

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Birləşmiş Millətlər Təşkilatının ilk dəfə olaraq dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü kimi qeyd etməsi tarixi, mənəvi və siyasi baxımdan olduqca əhəmiyyətli hadisədir. Bu qərar türk dillərinin zənginliyinin və çoxəsrlik mədəni irsinin beynəlxalq səviyyədə tanınması deyil, dillərarası bərabərliyin, mədəni müxtəlifliyin və xalqlar arasında qarşılıqlı hörmətin təşviqi baxımından mühüm addımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Birləşmiş Millətlər Təşkilatının ilk dəfə Türk Dili Ailəsi Gününü qeyd etməsindən danışarkən bildirdi.

Parlamentari qeyd etdi ki, türk dilləri Avrasiya məkanında yüz milyonlarla insanın ünsiyyət vasitəsidir:

"Bu böyük sivilizasiyanın yaddaşı, tarixi təcrübəsi, düşüncə tərzi və mənəvi dəyərlər sistemidir. Dünya Türk Dili Ailəsi Gününün təsis edilməsi bu irsin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə beynəlxalq diqqətin artırılmasına xidmət edir. İlk dəfə olaraq bu tip müsbət qərarın qəbul edilməsi məhz Türk Dövlətləri Təşkilatının (TDT) qlobal müstəvidə artan nüfuzunun, gücünün göstəricisidir. Artıq TDT güc mərkəzi kimi qəbul edilir və diqqət göstərilir. Bu vacib qərar hər birimizin, böyük türk ailəsinin uğurudur.  Azərbaycan üçün bu qərarın xüsusi mənası var. Ana dilimiz olan Azərbaycan dili milli kimliyimizin, dövlət müstəqilliyimizin və mədəni suverenliyimizin əsas dayaqlarından biridir".

Millət vəkili qeyd etdi ki, İlham Əliyevin rəhbərliyi ilə ana dilimizin qorunması, onun beynəlxalq nüfuzunun artırılması və türk dünyası ilə mədəni bağların möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

"Bu kontekstdə BMT-nin qərarı Azərbaycanın apardığı məqsədyönlü siyasətlə tam uyğun gəlir. Hesab edirəm ki, Dünya Türk Dili Ailəsi Günü türk dövlətləri və xalqları arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə, ortaq dəyərlərin təşviqinə və gənc nəsildə dilə, tarixə və kimliyə bağlılığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir. Türk dillərinin beynəlxalq elmi, mədəni və diplomatik platformalarda daha geniş təmsil olunması üçün yeni imkanlar açır, sülhə, mədəni dialoqa və xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edən mühüm beynəlxalq təşəbbüsdür. Bu, türk dil ailəsinin bəşəri mədəniyyətə verdiyi töhfələrin dünya miqyasında tanınmasının bariz göstəricisidir", - deyə Günay Ağamalı yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri