BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
İtkin şəxslər məsələsi humanitar xarakter daşımalı və siyasiləşdirilməməlidir.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada BMT-nin Məcburi və ya Qeyri-könüllü İtkin düşmələr üzrə İşçi Qrupunun nümayəndəsi Məhəmməd Əl-Obaydi deyib.
O bildirib ki, itkinlərin ailələri uzunmüddətli qeyri-müəyyənliyin və məlumat çatışmazlığının nəticələrindən əziyyət çəkirlər: “Birləşmiş Millətlər Təşkilatının da qeyd etdiyi kimi, itkin şəxslər yeganə qurbanlar deyil. Bu məsələnin mərkəzində ailələrin yaxınlarının taleyi və harada olması, zəruri hallarda isə onların itkin düşməsinin hansı şəraitdə baş verməsi barədə həqiqəti bilmək hüququ dayanır.
Bu prinsip Ermənistan və Azərbaycan arasındakı münaqişə kontekstində də xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə baş vermiş hərbi əməliyyatlar və onların nəticələri bütün taleyi məlum olmayan şəxslərin harada olduğunu və taleyini müəyyənləşdirmək üçün davamlı səylərin göstərilməsinin vacibliyini bir daha ortaya qoyur.
Zamanın keçməsi ailələrin humanitar ehtiyaclarını aradan qaldırmır. Bu səbəbdən davamlı səylərin göstərilməsi, məlumatların toplanması və qorunması, eləcə də identifikasiya proseslərinin dəstəklənməsi vacibdir”.
O qeyd edib ki, itkin şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində səylər münaqişənin siyasi həllindən asılı olmamalıdır: "Bu regionda münaqişədən zərər çəkmiş bəzi ailələr artıq 30 ildən çoxdur ki, gözləyirlər. Onlar daha bir nəslin bu gözlənti ilə yaşamasına məcbur edilməməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Oktyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















