BMT: Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“İsrailin zərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin real sayı 65 min nəfər olaraq göstərilən rəsmi statistikadan 10 dəfə çoxdur və ən azı 680 min nəfərdir.”
APA xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib.
"Qəzzada öldürülən fələstinlilərin sayı 65 min nəfərdir və onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, 680 min rəqəmi üzərində düşünməliyik. Çünki bu, bəzi alim və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir", - o deyib.
Albaneze qeyd edib ki, xüsusən də müstəntiqlərə və başqalarına Fələstin ərazisinə giriş qadağan edilsə bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq.
O həmçinin bildirib ki, əgər bu rəqəm təsdiqlənərsə, onların 380 mini 5 yaşadək uşaqlar olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Sentyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















