Icma.az
close
up
RU
BMT Qəzzaya dair dəhşətli rəqəmlər açıqlayıb: ölənlər, yaralılar...

BMT Qəzzaya dair dəhşətli rəqəmlər açıqlayıb: ölənlər, yaralılar...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Fələstinə qarşı müharibəsinin dağıdıcı nəticələri BMT-nin Qaçqınlar üzrə Agentliyinin münaqişənin ikinci ildönümü ərəfəsində açıqladığı statistikada bir daha nümayiş etdirilib.

Modern.az xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin hesabatına əsasən, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 18 mindən çoxu uşaq olmaqla 66 mindən çox fələstinli öldürülüb.

Qəzzanın Səhiyyə Nazirliyi isə 67 000-dən çox insanın öldüyünü, təxminən 170000 yaralının olduğunu bildirib.

Demək olar ki, bütün qəzzalılar dəfələrlə evlərini tərk etməyə məcbur olublar. Qəzzada binaların təxminən 80%-i zədələnib və ya dağılıb, əkin sahələrinin 98%-dən çoxu sıradan çıxıb və ya əlçatmaz olub.

Qidalana bilməmək 150-dən çoxu uşaq olmaqla 455 nəfərin ölümünə səbəb olub. Səhiyyə işçilərinə, xəstələrə, xəstəxanalara və digər tibb müəssisələrinə qarşı 790-dan çox hücum qeydə alınıb. Ardıcıl üçüncü ildir ki, 660 minə yaxın uşaq məktəbi tərk etmək məcburiyyətində qalıb və məktəblərin təxminən 92%-i əsaslı təmirə və ya tam yenidənqurmaya ehtiyac duyur. Qəzzada su, kanalizasiya və gigiyena ehtiyatlarının təxminən 90%-i məhv edilib və hər beş ailədən ikisindən çoxu yığılmamış tullantıların yaxınlığında yaşayır.

Yarım milyon qadın və qızda menstrual gigiyena məhsulları yoxdur və evlərin 60%-dən çoxunda sabun çatışmır.

Sentyabrda BMT-nin müstəqil təhqiqatı ilk dəfə olaraq İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımı törətdiyi qənaətinə gəlib və bu nəticə digər soyqırımı ekspertləri və insan haqları qrupları tərəfindən də səslənib.

İsrail hökuməti özünümüdafiə məqsədi ilə və beynəlxalq hüquqa uyğun olaraq Qəzzada müharibə apardığını, bütün soyqırımı ittihamlarını qətiyyətlə rədd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri