BMT: Qlobal ticarət rekord səviyyədə qeyri müəyyənliklə üzləşir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qlobal ticarət siyasətinin qeyri-müəyyənlik indeksi 2025-ci ilin birinci rübündə rekord səviyyəyə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanmış 2025-ci ilin sentyabr ayı üçün Dünya Ticarət İcmalında bildirilib.
Qeyd olunub ki, gözlənilməzlik sistemli və qlobal xüsusiyyətə çevrilib. Bu, atmosfer xərclərin artması ilə nəticələnir, maliyyə bazarlarını alt-üst edir və ölkələr arasında fikir ayrılıqlarını dərinləşdirir. Öz növbəsində şirkətlər çətin seçim qarşısında qalır: mal ehtiyatları yaratmaq, daşınmaların marşrutunu dəyişdirmək və ya daha yüksək nəqliyyat xərcləri ödəmək. Bu vəziyyətdə ən ağır yük maliyyə imkanları və logistikaları məhdud olan və şokların təsirini azalda bilməyən kiçik ixracatçıların və inkişaf etməkdə olan ölkələrin üzərinə düşür.
Sənədin müəllifləri vurğulayıblar ki, qeyri-müəyyənlik bütün qlobal iqtisadiyyatın ödəməli olduğu yeni tarifə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















