BMT sistemini legitim hesab etmək mümkün deyil Ərdoğan
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Hörmüz boğazında gəmiçiliyin bərpası və yaranmış fasilənin aradan qaldırılması istiqamətində aylarla davam edən səylərin nəticə verməməsi təəssüf doğurur.
Modern.az xəbər verir ki, bu sözləri İstanbulda keçirilən Beynəlxalq Ədalət Sammitində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri beynəlxalq razılaşmaların getdikcə təsirini itirdiyini, beynəlxalq məhkəmələrin qərarlarının isə icra olunmadığını vurğulayıb.
“Beynəlxalq razılaşmalar öz təsirini itirib. Eyni zamanda, beynəlxalq məhkəmələrin çıxardığı qərarlar artıq icra olunmur”, – deyə Ərdoğan qeyd edib.
O, mövcud beynəlxalq sistemi də tənqid edib. Türkiyə Prezidenti bildirib ki, Birləşmiş Millətlər Təşkilatının sistemi beynəlxalq ictimaiyyətin iradəsini əks etdirmirsə, onu legitim və ədalətli hesab etmək mümkün deyil.
Ərdoğanın sözlərinə görə, beynəlxalq münasibətlər sisteminin səmərəli fəaliyyət göstərməsi üçün dövlətlərin mövqeyi və beynəlxalq ictimaiyyətin iradəsi nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Oktyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















