Icma.az
close
up
RU
BMT Suriyanın şimalqərbində humanitar əməliyyatları dayandırdı

BMT Suriyanın şimalqərbində humanitar əməliyyatları dayandırdı

BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.

“Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, - sənəddə bildirilir.

BMT əlavə edib ki, çətinliklərə baxmayaraq, humanitar təşkilatlar insanların ehtiyaclarını qiymətləndirmək və mümkün olan yerlərdə cavab tədbirlərini genişləndirmək üçün səfərbər olurlar.

seeBaxış sayı:102
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri