Icma.az
close
up
RU
BMT Təhlükəsizlik Şurası ABŞ nin Ukrayna ilə bağlı qətnaməsini qəbul edib

BMT Təhlükəsizlik Şurası ABŞ nin Ukrayna ilə bağlı qətnaməsini qəbul edib

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynaya müdaxiləsinin üçüncü ildönümü ilə əlaqədar ABŞ-nin hazırladığı qətnaməni qəbul edib.

Qətnamənin qısa mətnində “Rusiya-Ukrayna münaqişəsinin” qurbanları ilə bağlı kədər ifadə edilir, BMT-nin əsas məqsədinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması olduğu bir daha təsdiqlənir. Sənəddə münaqişənin tezliklə dayandırılması və dayanıqlı sülhün bərqərar olunması çağırışı yer alıb. Bununla belə, qətnamədə Rusiya aqressiyası açıq şəkildə pislənmir.

Gununsesi.info xəbər verir ki,  “Reuters”in məlumatına görə, qətnamə ABŞ-nin münaqişəyə dair neytral mövqeyini əks etdirir. Bu, ABŞ prezidenti Donald Trampın sülh prosesində vasitəçi kimi çıxış etmək istəyi ilə izah olunur.
Sənədin lehinə ABŞ, Rusiya və daha səkkiz Təhlükəsizlik Şurası üzvü səs verib. Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan və Sloveniya isə bitərəf qalıb.

Rusiya veto hüququna malik olmağı indiyədək BMT Təhlükəsizlik Şurasının 15 üzvünün Ukraynadakı münaqişə ilə bağlı hər hansı addım atmağına mane olub.

“Reuters” qeyd edir ki, Trampın vasitəçilik cəhdləri Avropadakı müttəfiqləri və Ukraynanı narahat edib. Onlar sülh danışıqlarından kənarlaşdırılacaqlarından ehtiyat edirlər.

Böyük Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord Təhlükəsizlik Şurasında çıxışı zamanı vurğulayıb ki, Ukraynada sülh şərtləri vacibdir və bu, “aqressiyanın özünü doğrultmadığını göstərən bir siqnal” olmalıdır.

“Məhz buna görə də Şura üzvləri Ukraynanın və Rusiyanın müharibəyə yanaşmasını eyni səviyyədə qiymətləndirə bilməz. Əgər biz dayanıqlı sülh yolu tapmaq istəyiriksə, münaqişənin mənbələrini aydın şəkildə müəyyənləşdirməliyik”, – Vudvord Böyük Britaniyanın mövqeyini belə izah edib.

Bundan əvvəl 193 üzvdən ibarət BMT Baş Assambleyası ABŞ-nin təklifini rədd edərək, qlobal təşkilatın Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü dəstəkləyən mövqeyinin yumşaldılmasına qarşı çıxıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Fevral 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri