Icma.az
close
up
RU
BMT Təhlükəsizlik Şurasında ABŞ və Fransa arasında diplomatik gərginlik

BMT Təhlükəsizlik Şurasında ABŞ və Fransa arasında diplomatik gərginlik

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin diplomatları bazar ertəsi Fransanın çıxışı zamanı Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Bu addım ötən həftə fransız diplomatların Vaşinqtonla bağlı səsləndirdiyi bəyanata etiraz əlaməti olaraq atılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, Fransa nümayəndəsinin çıxışı müddətində Təhlükəsizlik Şurasında ABŞ təmsilçilərinin yerləri boş qalıb. Çıxış bitdikdən sonra amerikalı diplomatlar yenidən iclas zalına qayıdıblar.

"Qeyd etmək istərdim ki, burada Şuranın haqlı qəzəb nümayiş etdirərək, istənilən mövzuda digərlərinə nəsihət verməyə çalışan bir üzvü var. İstər bu gün müzakirə etdiyimiz (Ukrayna) münaqişəsi olsun, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları kimi məsələlər olsun. Məhz bu səbəbdən biz Fransanın çıxışı zamanı zalı tərk etdik", - deyə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqrea sonrakı çıxışında vəziyyəti izah edib.

Bu demarşa səbəb Fransanın Cenevrədəki BMT nümayəndəliyinin "X" sosial şəbəkəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün səlahiyyət müddətinin uzadılması ilə bağlı etdiyi paylaşım olub. Nyu-Yorkda, təşkilatın mənzil-qərargahında keçirilən səsvermə zamanı Amerika Birləşmiş Ştatları Rusiya ilə birlikdə Türkün daha dörd il vəzifəsində qalmasına qarşı çıxıb, Fransa isə ali komissarın səlahiyyətlərinin uzadılmasını dəstəkləyib. Səsvermənin ardınca fransız diplomatlar bildiriblər ki, ABŞ vaxtilə insan hüquqları məsələsində bir mayak idi, lakin artıq belə deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 İyul 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri