BMT TŞ: Avropa üçlüyü İrana qarşı sanksiyaların bərpası barədə xəbərdarlıq edib
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqust ayında BMT Təhlükəsizlik Şurasında sədrlik edən Panama təsdiqləyib ki, Böyük Britaniya, Almaniya və Fransa Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsindən sonra İrana qarşı sanksiyaların bərpası prosesini başladıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Panamanın BMT-dəki daimi nümayəndəliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
"Bəli, onlar "snapback" mexanizminin tətbiqi ilə bağlı rəsmi bildirişin əks olunduğu məktub göndəriblər", - o qeyd edib.
Xatırladaq ki, avqustun 27-də "Avropa üçlüyü"nün xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionu İrana qarşı "snapback" mexanizminin tətbiq edilməsi qərarı barədə məlumatlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Avqust 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















