BMT Türkiyə ilə Suriya arasındakı humanitar yardım dəhlizini bağladı
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) kommersiya yük daşıma yollarının açılması sayəsində təxminən 12 illik fəaliyyətdən sonra Türkiyə ilə Suriya arasında humanitar yardım çatdırılması üçün dəhlizi bağlayıb.
Moderator.az BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Stefan Dujarrik məlumat verib.
"Başlanmasından 10 ildən çox vaxt keçdikdən sonra BMT sərhəd buraxılış məntəqələrinin kommersiya nəqliyyatı üçün açılması və adi təchizat marşrutlarının əlçatanlığının yaxşılaşması nəticəsində Türkiyə ilə Suriya arasında transsərhəd humanitar əməliyyatı dayandırdı", - deyə BMT rəsmisi bildirib.
Düjarrik əlavə edib ki, fəaliyyət göstərdiyi bütün müddət ərzində dəhliz vasitəsilə Suriyaya humanitar yardım daşıyan 65 mindən çox yük maşını keçib və ildə orta hesabla 1,2 milyondan çox insan bu yardımı alıb. O, marşrutu ən böyük və ən mürəkkəb humanitar yardım təchizat zəncirlərindən biri adlandırıb.
Türkiyə ilə Suriya arasında humanitar dəhliz 2014-cü ilin iyulunda regionda qeyri-sabit təhlükəsizlik vəziyyəti və infrastrukturun dağıdılması fonunda fövqəladə tədbir olaraq açılmışdı.
Qeyd olunur ki, dəhlizin bağlanması ticarət əlaqələrinin normallaşması istiqamətində müsbət dəyişikliyin göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















