Icma.az
close
up
RU
BMTd n qlobal su müflisliyi barədə XƏBƏRDARLIQ

BMTd n qlobal su müflisliyi barədə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Göllər, bataqlıqlar, buzlaqlar: bir çox su ehtiyatları tükənib və bəşəriyyət üçün həmişəlik itirilib

Göllər, bataqlıqlar, buzlaqlar: bir çox su ehtiyatları tükənib və bəşəriyyət üçün həmişəlik itirilib. AYNA.AZ xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd edilib.

BMT-nin Su Resursları, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru, su ehtiyatları üzrə yeni hesabatın aparıcı müəllifi Kaveh Madani bildirib ki, “artıq böhran haqqında danışmaq kifayət deyil”.

“Böhran” sözü bərpa oluna biləcək müvəqqəti vəziyyəti nəzərdə tutur. Lakin hesabat başqa bir reallığı da göstərir. Bir çox yerlərdə su ehtiyatları insan həyatı üçün əhəmiyyət kəsb edən müddətlər ərzində artıq bərpa olunmur. Buna görə də hesabatda şirin su ehtiyatlarının geri dönməz itkisini ifadə edən “su müflisliyi” anlayışından istifadə olunur”, - deyə qeyd edib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəlindən etibarən dünyanın ən iri göllərinin yarıdan çoxunun suyu quruyub. Əsas yeraltı su hövzələrinin təxminən üçdə ikisi su səviyyəsinin uzunmüddətli azalmasını nümayiş etdirir. Onlarla çay ilin müəyyən aylarında artıq dənizə tökülmür. 1970-ci illərdən bəri buzlaq kütləsinin təxminən üçdə biri itirilib.

K.Madani qeyd edib ki, dünya üzrə şirin su ehtiyatlarının 70 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Bu isə xüsusilə də Asiyada su qıtlığı probleminin daim kəskinləşməsinə səbəb olur. Burada fermerlər məhsulu təkcə öz əhalisi üçün deyil, həm də əsasən Qlobal Şimal ölkələri üçün istehsal edirlər. Əksər hallarda bu, insanların dolanışığı üçün yeganə yoldur: “Strateji baxımdan, bu ölkələr iqtisadiyyatlarını şaxələndirməli və sənayeləşdirməlidirlər ki, kənd təsərrüfatından bu qədər asılı olmasınlar. Bu, bir anda baş verməyəcək, lakin belə bir imkan artıq mövcuddur”.

“Asiyadan başqa Yaxın Şərq və Şimali Afrika da şirin su çatışmazlığından ciddi əziyyət çəkir. Eyni vəziyyət ABŞ-ın cənub-qərb hissəsi üçün də xarakterikdir. BMT hesabatının əsas mesajı ümidsizlik deyil, məlumatlanmaqdır”, – deyə Madani vurğulayıb.

“Problemi nə qədər tez həll etsək, bir o qədər çox seçimimiz qalacaq. Artıq hazırda təxminən dörd milyard insan ildə ən azı bir ay kəskin su çatışmazlığından əziyyət çəkir. Üç milyard insan isə su ehtiyatlarının azaldığı ərazilərdə yaşayır. Hesabatda su qıtlığının əlavə səbəbləri kimi yeraltı suların çirklənməsi, torpağın münbitliyinin pisləşməsi və meşələrin qırılması göstərilir. Qlobal istiləşmə bu problemi daha da dərinləşdirir”, - deyə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Yanvar 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri