Icma.az
close
up
RU

BMTdən ağrılı hesabat: Qadınlar üçün ən təhlükəli yer öz evləridir

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının paylaşdığı yeni rəqəmlərə görə, 2023-cü ildə kişilər tərəfindən öldürülən 85 min qadının 60 faizi həyat yoldaşları və ya ailə üzvləri tərəfindən öldürülüb.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, BMT-yə görə, qadın üçün ən təhlükəli yer təəssüf ki, öz evidir.

Hesabatdakı rəqəmlər aysberqin görünən tərəfi kimi təsvir edilsə də, öldürülən qadınların “əhəmiyyətli bir hissəsinin” qətldən əvvəl zorakılığa məruz qaldıqlarını səlahiyyətlilərə bildirdiyi ifadə edilir.

“Məlumatlar bizə deyir ki, qadınlar ən təhlükəsiz olmaları lazım olan yerlərdə ölümcül zorakılığa məruz qalırlar”,- BMT-nin Qadınlar üzrə Baş Müavini Nyaradzayi Qumbonzvanda deyib.

Hesabatdakı rəqəmləri aysberqin görünən tərəfi kimi xarakterizə edən Qumbonzvanda, “Bilirik ki, bütün qadın ölümləri qeydə alınmır və bütün ölüm səbəbləri qadın cinayəti olaraq qeyd olunmur. Həmçinin heç bir məlumat əldə edə bilmədiyimiz bir çox icma var”,-deyə qeyd edib.

BMT-nin rəqəmlərinə görə, 2022-ci ildə qadın və qızların qəsdən öldürülməsi ilə bağlı 89 min hadisə qeydə alınıb. Bu, ümumi sayda azalma olduğunu göstərir.

Bununla belə, intim şərikləri və ailə üzvləri tərəfindən öldürülən qadınların sayında artım müşahidə olunur.

Avropa və Amerikada qadınların əksəriyyəti partnyorları tərəfindən öldürülsə də, digər qitələrdə cinayəti törədənlərin daha çox ailə üzvləri olduğu qeyd edilib.

Üç ölkədən – Fransa, Cənubi Afrika və Kolumbiyadan əldə edilən məlumatlar göstərir ki, partnyorları tərəfindən öldürülən qadınların əhəmiyyətli hissəsi qətldən əvvəl hakimiyyət orqanlarına zorakılıq barədə məlumat verib.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri