BMTM: Azərbaycanın enerji resursları Türkiyə üzərindən Avropaya ixrac ediləcək
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məqsədimiz 2030-cu ilə qədər bərpa olunan enerjinin ümumi istifadədəki payının 35%-ə yüksəldilməsidir.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Yaşıl və Rəqəmsal dəyişikliklər fonunda təminat zənciri əməkdaşlığı” sessiyasında deyib.
Onun sözlərinə görə, hazırda bu rəqəm 22% təşkil edir.
Şahmar Hacıyev COP29 sammitinin Azərbaycanda “Yaşıl Keçid” prosesinə təkan verdiyini vurğulayıb.
Azərbaycan və Türkiyənin enerji tranziti sahəsindəki əməkdaşlığına toxunan Şahmar Hacıyev Azərbaycanın enerji resurslarının Naxçıvandan Türkiyəyə, oradan da Avropaya ixrac ediləcəyini xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















