Icma.az
close
up
RU
BMTM sədri: İstənilən məsələyə vaxtında və çevik münasibət göstərmək mühüm əhəmiyyət kəsb edir

BMTM sədri: İstənilən məsələyə vaxtında və çevik münasibət göstərmək mühüm əhəmiyyət kəsb edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

Biz müntəzəm olaraq türkiyəli ekspertlərlə görüşlər keçiririk, qarşılıqlı səfərlər təşkil edirik. Bu yaxınlarda mən də Ankarada səfərdə olmuşam. Səfər çərçivəsində bir sıra düşüncə mərkəzləri ilə məhsuldar müzakirələr aparmışıq. Təbii ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq davamlı şəkildə inkişaf etdirilir və qarşılıqlı əlaqələr strateji səviyyədə möhkəmlənməkdədir. Lakin zaman-zaman bəzi qruplar və şəxslər iki ölkə arasındakı münasibətləri pozmaq məqsədilə mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Bu cəhdlər xüsusilə media və sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Bu səbəbdən biz bu kimi provokativ hallara vaxtında və düzgün şəkildə reaksiya verməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bəzən ekspertlər, jurnalistlər, hətta Türkiyə Böyük Millət Məclisinin bəzi üzvləri tərəfindən Azərbaycana qarşı yönəlmiş fikirlər səsləndirilir: "Bu cür fikirlər ümumi münasibətlərə ciddi ziyan vurmur, lakin potensial təhlükə yaratmaması üçün biz bu hallara diqqətli yanaşmalı və zəruri olduqda uyğun cavab verməliyik. Bugünkü görüşdə müzakirə edilən mövzuların hər biri son dərəcə həssasdır. Azərbaycan-Türkiyə münasibətlərinə, Ermənistanla bağlı məsələlərə, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına, İsrail məsələsinə və digər geosiyasi mövzulara xüsusi həssaslıqla yanaşılmalıdır. Təəssüf ki, bəzən bu məsələlər Azərbaycana qarşı alətə çevrilir. Bu istiqamətdə Türkiyədə fəaliyyət göstərən bəzi ekspertlər və siyasətçilər, eləcə də üçüncü dövlətlərin maraqlarına xidmət edən dairələr müəyyən rollar oynayırlar. Mən hər hansı ciddi təhlükənin olduğunu düşünmürəm, lakin istənilən məsələyə vaxtında və çevik münasibət göstərmək mühüm əhəmiyyət kəsb edir. Bugünkü müzakirələr çərçivəsində, həmçinin Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatının inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları da diqqət mərkəzindədir. Bu məsələlərin hər biri bizim üçün strateji önəm daşıyır və qarşıdakı dövrdə də bu istiqamətdə fəal əməkdaşlığın davam etdirilməsi vacibdir", - deyə F. Şəfiyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri