BMTnin Ətraf Mühit Proqramı Yer kürəsi çempionları mükafatının qaliblərini elan edib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) 2024-cü il üçün "Yer kürəsi çempionları" mükafatının qaliblərini elan edib.
"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafat hər il ətraf mühitin qorunmasına töhfə verən ön yerdə olan şəxslərə və təşkilatlara təqdim edilir.
Bu il deqradasiyaya uğramış torpaqların bərpası, quraqlığa davamlılığın artırılması və səhralaşmanın qarşısının alınmasına xüsusi diqqət yetirilib.
Qaliblər arasında Braziliyanın tarixində ilk yerli xalqlar naziri Sonya Quaxaxara var. O, "Siyasi liderlik" nominasiyasında mükafata layiq görülüb.
ABŞ-dən olan yerli xalqların hüquq müdafiəçisi Emi Bauers Kordalis, rumıniyalı ekofəal Qabriel Paun "İlham və fəaliyyət" nominasiyasında, çinli alim Lu Tsi "Elm və innovasiyalar" nominasiyasında, hindistanlı ekoloq Madhav Qadqil "Həyat boyu nailiyyət" nominasiyasında mükafata layiq görülüblər.
Öz növbəsində, Misirin SEKEM təşəbbüsü fermerlərin daha dayanıqlı kənd təsərrüfatına keçidinə köməyinə görə "Sahibkarlıq baxışı" kateqoriyasında mükafata layiq görülüb.
Təsis olunduğu 2005-ci ildən bəri “Yer kürəsinin çempionları” illik mükafatına bəşəriyyət və planet uğrunda mübarizədə ön yerdə olan şəxslər layiq görülür. Bu, BMT-nin ali ekologiya mükafatıdır. Bu günə qədər 122 laureat mükafatlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















