Icma.az
close
up
RU
BMTnin xüsusi nümayəndəsi: “Suriyanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”

BMTnin xüsusi nümayəndəsi: “Suriyanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen bildirib ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi tam şəkildə bərpa edilməli və İsrailin təcavüzü dərhal dayandırılmalıdır.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriya səfəri ilə bağlı mətbuatın suallarını cavablandırıb.

Pedersen Bəşər Əsəd rejiminin süqutu ilə 50 ildən artıqdır məruz qaldığı zalım və avtoritar rejimdən qurtulan Suriya xalqının tarixi bir dönüş nöqtəsində olduğuna diqqət çəkib. O qeyd edib ki, Suriya inzibati dəyişikliklər, inkişaf edən hərbi dinamika və iqtisadi böhranla formalaşan dərin dəyişiklik prosesinə daxil olub.

Pedersen, suriyalıların qarşıdakı dövrdə qarşılaşacaqları çətinliklərə baxmayaraq, daha yaxşı və işıqlı gələcəyə ümid etdiklərini, ölkənin bütün təbəqələrində ölkənin yenidən qurulması, demokratiya və inklüzivlik zəmin üzərində formalaşdırılması üçün ortaq bir məsuliyyət anlayışının olduğunu vurğulayıb.

Pedersen, Suriyaya səfəri ilə bağlı: “Təsəvvür edilməyən çətinliklərə baxmayaraq, suriyalılar heç vaxt ümidlərini və həvəslərini itirməyiblər. Onların daha yaxşı sabaha olan ümidləri olduqca ruhlandırıcıdır. Son səfərim zamanı bu keyfiyyətlər məndə dərin təəssürat yaratdı”, - deyə bildirib.

Ölkədəki dəyişiklik prosesinin asan olmadığını, lakin bütün proses boyunca ümidverici məqamların yaşandığını ifadə edən Pedersen, illərdir ayrılan ailələrin nəhayət yenidən bir araya gələrək bir vaxtlar əbədi itirildiyinə inandıqları evlərinə döndüyünü misal çəkdi.

Pedersen bildirib ki, rejimin devrilməsi ilə Sednaya həbsxanasında saxlanılanların və onların ailələrinin yaşadıqları dəhşət üzə çıxıb: “Ən vacib məqamlardan biri Əsəd rejiminin həbsxanalarında ağlasığmaz şəraitdə qalan minlərlə günahsız mülki şəxsin azadlığa buraxılması oldu. Bu, möcüzə kimi idi”, - deyə BMT nümayəndəsi bildirib.

On minlərlə itkin düşmüş insanın taleyinin hələ də məlum olmadığını vurğulayan Pedersen, saysız-hesabsız ailənin itkin yaxınlarından hər hansı xəbər gözləyərkən əziyyət çəkməyə davam etdiyini bildirib.

Suriyada vəziyyətin son dərəcə kövrək olduğuna diqqət çəkən Pedersen, Dəməşq də daxil olmaqla bəzi bölgələrdə həyatın nisbətən sakit və sabit olduğunu, ölkənin şimal-şərqi də daxil olmaqla bəzi bölgələrində qarşıdurmaların davam etdiyini bildirib.

Pedersen qeyd edib ki, mülki şəxslərin müdafiəsi ölkədə aktual prioritetlərdən biri olaraq qalır: “Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi tam bərpa edilməlidir. Həm Suriya, həm də region üçün daha təhlükəsiz və sabit gələcəyi təmin etmək üçün İsrailin də daxil olduğu bütün təcavüz aktları dərhal dayandırılmalıdır”, - deyib.

Pedersen qeyd edib ki, rejimin devrilməsi ilə başlayan proses beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə suriyalılar tərəfindən formalaşdırılmalıdır. O, vurğulayır ki, proses boyu insan hüquqlarının və qadın hüquqlarının qorunmasına və hörmət edilməsinə önəm verilməlidir: “Siyasi keçid prosesi, cəmiyyətin bütün təbəqələrinin tam şəkildə təmsil olunmasını və dinc Suriyaya inteqrasiyasını təmin etməklə, əhatəli və etibarlı Suriya xalqı tərəfindən idarə olunmalıdır”, -  deyib.

Pedersen Suriyanın gələcəyinin formalaşmasında qadınların fəal iştirakının təmin edilməli olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi, azad və ədalətli seçkilərin təşkilinin və beynəlxalq standartlara uyğun yeni konstitusiya çərçivəsinin yaradılmasının kritik əhəmiyyət daşıdığını bildirən Pedersen sözlərini belə davam edib: “Bu addımlar təkcə qanunun aliliyinin bərqərar olması üçün deyil, həm də ictimai harmoniyanın təşviqi və davamlı sülhün təmin edilməsi üçün lazımdır. BMT-nin rolu bu səyləri dəstəkləmək, texniki yardım təklif etmək, dialoqu asanlaşdırmaq və beynəlxalq normalara riayət olunmasını təmin etmək üçün mühüm olacaq”.

Pedersen, dünyanın ən böyük humanitar böhranlarından birinin Suriyada uzun müddətdir davam etdiyinə diqqət çəkib. O vurğulayıb ki, BMT və onun tərəfdaşları vəziyyəti yerində qiymətləndirmək, əhalinin dəyişən ehtiyaclarını ödəmək üçün müdaxilələrini fərqləndirmək və bərpa səylərini dəstəkləmək üçün əzmlə işləməyə davam edəcəklər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri