Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

BMU BUCEA ikili diplom proqramının magistrantı Çində üç müsabiqədə birinci olub

BMU BUCEA ikili diplom proqramının magistrantı Çində üç müsabiqədə birinci olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında həyata keçirilən ikili diplom proqramının magistrantı Sənur Məmmədli Çində süni intellekt və mədəni irs sahəsində apardığı tədqiqatlara görə üç müsabiqədə birinci dərəcəli mükafata layiq görülüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Sənur Məmmədli “IX Ümum-Çin 5 dəqiqəlik elmi-tədqiqat” müsabiqəsində, eləcə də Çin Təhsil Nazirliyinin “FLTRP · ETIC Cup” platforması çərçivəsində keçirilən “Dörd yeni tədqiqat” və “Qısametrajlı video” müsabiqələrində birinci dərəcəli mükafat əldə edib.

Sənur Məmmədli ilk müsabiqədə “Dunxuan Mogao mağaralarının eroziyaya uğramış divar rəsmlərində rənglərin rəqəmsal bərpası: şərti GAN-lar və gizli diffuziya modellərinin müqayisəli tədqiqi” adlı tədqiqat işi ilə uğur qazanıb. Müsabiqənin nəticələrinə əsasən, o, Çin Akademik İngilis Dili Assosiasiyası və Fudan Universiteti Nəşriyyatı tərəfindən rəsmi sertifikatla təltif olunub.

İkinci müsabiqədə isə magistrant “Mogao modeli əsasında Şəki Xan Sarayının profilaktik mühafizəsi üçün domenə uyğunlaşdırılmış süni intellekt çərçivəsi” (“A Domain-Adaptive AI Framework for Preventive Conservation of Sheki Khan’s Palace with Mogao Model”) adlı tədqiqat işi ilə birinci dərəcəli mükafata layiq görülüb. Tədqiqat işində Çin təcrübəsi əsasında Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayının süni intellektəsaslı, səkkiz mərhələdən ibarət profilaktik konservasiya layihəsi təqdim olunub. Sözügedən tədqiqat işi oktyabr ayında Pekin Xarici Dillər Universitetində keçiriləcək “Çində Azərbaycanşünaslıq üzrə II Beynəlxalq Akademik Konfrans”da təqdim olunmaq üçün də qəbul edilib.

Bundan əlavə, Sənur Məmmədlinin “Qısametrajlı video” müsabiqəsinə təqdim etdiyi “Remote Similarity: From Sheki to Dunhuang” adlı video münsiflər tərəfindən 95,88 balla qiymətləndirilib və birinci dərəcəli mükafata layiq görülüb.

Videoda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında məlumat verilir, həmçinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs olunur. Video universitetin qalib layihəsi kimi “Bilibili” platformasında geniş auditoriyaya təqdim edilib.

Çinin tarixi Dunxuan bölgəsində aparılan sahə tədqiqatlarının davamı olaraq, gənc tədqiqatçının hazırladığı səyahətnamə “Şanxay Nianyi Mədəniyyəti” platforması tərəfindən ingilis və Çin dillərində ictimaiyyətə təqdim edilib.

İkili diplom proqramı magistrantının bu uğurları BMU-nun dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətlərinin nəticələrindən biridir.

Xatırladaq ki, BMU ilə BUCEA arasında magistratura üzrə ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda Çində təhsilini davam etdirən tələbələr proqramı bitirdikdən sonra hər iki ali məktəbin magistr diplomunu alacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri