BMU da əcnəbi tələbələrin sayı və coğrafiyası əhəmiyyətli dərəcədə artıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə artıb. Hazırda universitetdə 40 ölkədən əcnəbi tələbə təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə ölkələrin sayının təxminən 2 dəfə artdığını göstərir.
BMU-dan AZƏRTAC-a bildirilib ki, xarici tələbələr arasında say baxımından ilk yeri Pakistan tutur. Universitetdə bu ölkədən hazırda 36 nəfər tələbə təhsil alır. Sonrakı sıralarda Gürcüstan, Yəmən, Sudan, Türkiyə, Rusiya, Çad, İraq, Əlcəzair, Fələstin, Hindistan, Mərakeş, Somali, Benin, Əfqanıstan, Filippin, İordaniya, Qırğızıstan, Nepal, İran, Qazaxıstan, Misir, Nigeriya, Özbəkistan, Suriya, Şri-Lanka, Uqanda, Keniya, Kosta Rika, Qambiya, Qvineya, Liberiya, Malavi və digər ölkələrdən olan tələbələr yer alır.
Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində seçilmiş 34 əcnəbi tələbə BMU-da təhsilə cəlb edilib.
Tədrisdə ingilis dilinə üstünlük verilməsi, təhsilin beynəlxalq standartlara uyğun və müasir metodlar əsasında təşkili, həmçinin xarici təcrübə və tələbə mübadiləsi proqramları BMU-nun əcnəbi vətəndaşlar üçün cəlbedici olmasını təmin edən əsas amillərdəndir.
BMU-da müxtəlif ölkələrdən olan tələbələrin təhsil alması universitetin beynəlxalq aləmdə tanınmasının, tədris keyfiyyətinə olan etimadın və qlobal ali təhsil məkanına uğurlu inteqrasiyasının göstəricisidir. Universitet beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xarici tələbələr üçün yeni təhsil imkanlarının yaradılması və çoxmədəniyyətli akademik mühitin formalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Fevral 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















