Icma.az
close
up
RU
BMU da görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib

BMU da görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, akademik, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli Ömər Eldarovun yaradıcılığına həsr olunmuş sərgi keçirilib.  

XQ xəbər verir ki, sərginin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ömər Eldarov müasir Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşması və inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun çoxşaxəli yaradıcılığı bədii-estetik təfəkkürün ən yüksək nümunələrindən biri kimi dəyərləndirilir. Rektor qeyd edib ki, güclü Azərbaycan dövlətinin formalaşmasında əvəzsiz rol oynamış Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı xatirə kompleksləri onun yüksək peşəkarlığını, monumental sənət sahəsindəki zəngin yaradıcılıq təcrübəsini və dərin bədii təfəkkürünü parlaq şəkildə ifadə edir. Həmçinin Nizami, Füzuli, Nəsimi, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşudbanu Natəvan, Səttar Bəhlulzadə və digər görkəmli şəxsiyyətlərin abidələri Ömər Eldarovun monumental sənət sahəsində yaratdığı ən dəyərli və yüksək bədii-estetik əhəmiyyətə malik əsərlər sırasında xüsusi yer tutur. Rektor Ömər Eldarovun yaradıcılıqla bərabər, ölkəmizin ictimai və mədəni həyatının fəal iştirakçısı olduğunu, uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi ölkədə peşəkar heykəltaraşlıq məktəbinin qorunub saxlanılmasında, gənc istedadların aşkar edilməsində və milli ənənələrin müasir üslublarla sintez olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb. Qeyd edib ki, Ömər Eldarovun əsərlərinin Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanması onun sənətinin yalnız milli deyil, eyni zamanda ümumbəşəri dəyərə malik olduğunu, fərqli məkan və dövrlərdə insanların qəlbinə yol tapdığını bir daha sübut edir.

Mühəndislik yönümlü ali təhsil müəssisələrində incəsənət və humanitar düşüncənin təşviqinin müasir universitet modelinin mühüm tərkib hissəsi olduğunu deyən rektor Ömər Eldarovun yaradıcılıq sərgisinin tələbələr, gənc memarlar, dizaynerlər və incəsənətsevərlər üçün dəyərli ilham mənbəyi olacağına əminliyini bildirib.

Akademik Ömər Eldarov sərginin BMU-da təşkilindən məmnunluğunu ifadə edib, əsərlərinə göstərilən marağı yüksək qiymətləndirib. Uşaqlıq illərindən heykəltəraşlıq sənətinə böyük həvəslə yanaşdığını vurğulayan sənətkar bütün həyatını bu sahəyə həsr etdiyini, yaradıcılığı ərzində çoxsaylı görkəmli şəxsiyyətlərin heykəllərini ərsəyə gətirdiyini diqqətə çatdırıb. Görkəmli heykəltəraş gənc memar, rəssam, dizaynerlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, seçdikləri peşəyə sevgi və bağlılığın uğurun əsas amillərindən olduğunu qeyd edib. Çıxışının sonunda isə sərginin təşkilində əməyi olanlara  və yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.         

Sonra rektor Yaqub Piriyev BMU tələbələrinin əl əməyini əks etdirən dekorativ sənət nümunəsini Ömər Eldarova hədiyyə edib. 

Sonda iştirakçılar sərgi ilə tanış olublar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri