Icma.az
close
up
RU
“BMU da laboratoriya dərsləri öyrənməni daha maraqlı edir” Kosta Rikalı tələbə

“BMU da laboratoriya dərsləri öyrənməni daha maraqlı edir” Kosta Rikalı tələbə

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Coş Xose Sesiliano Salazar Latın Amerikasından, Kosta-Rika Respublikasındandır. Bakı Mühəndislik Universitetində (BMU) “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alır.

"Unikal" xəbər verir ki, ingilis dilində təhsil almaq, beynəlxalq tələbə mühitində oxumaq və müəllim-tələbə ünsiyyətinə xüsusi önəm verdiyi üçün BMU-nu seçdiyini deyir: “Bu, mənim üçün çox vacib idi, çünki ingilis dilində ünsiyyət bacarıqlarımın inkişafına kömək edir və gələcəkdə beynəlxalq mühitdə işləməyə daha yaxşı hazırlaşmağımı dəstəkləyir. Universitetin xoş mühitini xüsusilə qeyd etməliyəm. Müəllimlər və inzibati heyət bizə hər zaman kömək etməyə hazırdır, ən kiçik məsələlərdə belə dəstək olurlar. Bu isə yeni mühitə düşən biri kimi mənim üçün əvəzolunmazdır”. (https://www.youtube.com/watch?v=UEdPq68T2TI)

Kosta-Rikalı tələbə BMU-da tədrisin nəzəri biliklərlə məhdudlaşmamasını daha çox bəyəndıyini dilə gətirir: “Biz, həmçinin müasir laboratoriyalarda praktiki dərslər keçirik və öyrəndiklərimizi real şəraitdə tətbiq edirik. Bu, öyrənmə prosesini daha maraqlı edir. Universitet yalnız mühəndislik sahəsində deyil, həm də həyat təcrübəsi baxımından böyük bir fürsətdir. Burada beynəlxalq atmosfer yaxşıdır. Artıq müxtəlif ölkələrdən dostlar qazanmışam və onların milli mədəniyyətləri haqqında da çox şey öyrənirəm”. 

Asudə vaxtlarında futbol oynamağı, film izləməyi və Bakını kəşf etməyi sevdiyini vurğulayan Coş Xose Sesiliano Salazar Azərbaycanın paytaxtını müasirliklə ənənəni birləşdirən gözəl bir şəhər kimi səciyyələndirir.

Əcnəbi tələbə, həmçinin akademik və şəxsi inkişafı baxımından ona  böyük təsir göstərən BMU-da irəlidə daha hansı imkanlarla qarşılaşacağını səbirsizliklə gözlədiyini də bildirir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri